525.Az

Əli Hüseynli: "Mən bu gün heç bir sosial şəbəkədə yoxam..."


 

Əli Hüseynli: "Mən bu gün heç bir sosial şəbəkədə yoxam..."<b style="color:red"></b>

"Hazırda rəsmi şəxslərin çoxu sosial şəbəkələrdədir. Bunun müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var".
 
Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "İrəli" İctimai Birliyinin təşkil etdiyi "Gənc Liderlər üçün Qış Universiteti"ndə gənclərlə görüşü zamanı bildirib.

"Mən bu gün heç bir sosial şəbəkədə yoxam. bu mənim üçün daha rahatdır. Ancaq hazırda rəsmi şəxslərin çoxu sosial şəbəkələrdədir. Bunun müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var.
Bu onu göstərir ki, insanlar onları real həyatda tapa bilmir. Əvvəllər sosial şəbəkələr yox idi, rəsmilər insanlarla necə təmas qururdu? İndi isə onlar daha çox virtual məkandadırlar, nəinki real məkanda. Qeyd edim ki, yalnız real məkanda böyük işlər görmək mümkündür. Qorxuram ki, bir müddət sonra onları real həyatda tapmaq ümumiyyətlə mümkün olmayacaq"-deyə, Ə.Hüseynli sözlərinə əlavə edib .

 





06.02.2014    çap et  çap et