525.Az

Bakıda bir gündə 11 nəfər dəm qazından zəhərləndi


 

Bakıda bir gündə 11 nəfər dəm qazından zəhərləndi<b style="color:red"></b> “Son sutka ərzində Bakıda 11 nəfər dəm qazından zəhərlənib. Onlardan da 7 nəfəri xəstəxanaya yerləşdirilib”.
 
Bunu Lent.az-a  Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (BŞTTTYS) Operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
 
Z. Vahidovanın sözlərinə görə, son sutka ərzində 9 nəfər buzda sürüşərək müxtəlif xəsarətlər alıb və onlardan da 8 nəfəri xəstəxanaya aparılıb.
 
“Sutka ərzində 3 yol-nəqliyyat qəzası baş verib. Bunlardan biri piyadanın vurulması hadisəsidir. Həmin şəxs də xəstəxanaya yerləşdirilib. Digər iki hadisə nəticəsində yaralanan 2 nəfər də xəstəxanaya aparılıb”
 





06.02.2014    çap et  çap et