525.Az

Qar yağacaq


 

Qar yağacaq<b style="color:red"></b> Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə qar yağacağı ehtimal olunur.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
 
Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Gecə  1-5 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarına gəlincə isə, gecə bəzi şərq rayonlarında, o cümlədən cənub bölgəsində qar yağacaq. Şərq küləyi əsəcək.   Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, dağlarda gecə 8-13, gündüz isə 3 dərəcə şaxtadan 2 dərəcə qədər isti olacaq.
 





06.02.2014    çap et  çap et