525.Az
DİN Tibb Universitetinin müəllimlərinin ölümü ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi fevralın 5-də Azərbaycan Tibb Universitetinin müəllimlərinin bədbəxt hadisə nəticəsində ölməsi hadisəsi ilə bağlı məlumat yayıb.
525.az-ın Nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Nizami Babayev və arvadı Həqiqət Yasamal rayonu H.Cavid prospektindəki mənzillərində dəm qazından zəhərlənərək ölüblər.
Faktla bağlı araşdırma aparılır.
06.02.2014
çap et