Dünən Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 2013-cü ilin İnformasiya Texnologiyaları ili elan olunması ilə əlaqədar birgə təşkil etdiyi Fərdi Jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov öncə ötən ilin ölkə, eləcə də rabitə sektorunda çalışanlar üçün əhəmiyyətinə diqqət çəkib. 2013-cü ilin İnformasiya Texnologiyaları ili elan olunmasını xatırladan nazir müavini bu müddət ərzində böyük əhəmiyyətə malik çoxsaylı tədbirlərin görüldüyünü vurğulayıb: "Bildiyiniz kimi, ötən il ərzində ilk süni peykimiz orbitə çıxarıldı, Azərbaycan kosmik sənayeyə malik ölkəyə çevrildi. Ötən il həm də, təxminən
Daha sonra keçirilən müsabiqə barədə tədbir iştirakçılarına geniş məlumat verən KİVDF-nin icraçı direktoru Vüqar Səfərli müsabiqəyə 18 noyabr 2013-cü il tarixdən start verildiyini bildirib: "Müsabiqəyə 5 istiqamət üzrə ümumilikdə 38 yazı təqdim edilib. Hər bir yazı 3 ekspert tərəfindən qiymətləndirilib. Şərtlərə görə, hər istiqamət üzrə üç qalib müəyyənləşdirilib. Beləliklə, 5 istiqamət üzrə ümumilikdə 15 jurnalist əsas mükafata layiq görülüb. Bundan əlavə 15 jurnalist həvəsləndirici mükafat alıb".
Vüqar Səfərli müsabiqənin keçirilməsinə verdiyi dəstəyə görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəhbərliyinə, o cümlədən nazir Əli Abbasova media nümayəndələri və KİVDF adından təşəkkürünü bildirib. Daha sonra qaliblərə mükafatlar təqdim olunub.
Qeyd edək ki, müsabiqədə 15 əsas mükafata İsrafilov Orxan Vahid oğlu ("İki sahil" qəzeti), Bayramov Mübariz Ramiz oğlu ("Mövqe" qəzeti), Qəribli Məhəmmədəli Qərib oğlu ("Bakı-Xəbər" qəzeti), Bayramov Rasim Məzahir oğlu ("Mövqe" qəzeti), Ədilzadə Ədil Tahir oğlu ("Ədalət" qəzeti), Nəsirli Akif Sovet oğlu ("Paralel" qəzeti), Kazımova Lalə Musa qızı ("Kaspi" qəzeti), Əhmədov Namiq Qədim oğlu ( "Xalq qəzeti"), Tağıyev İlqar Vaqif oğlu ( "525-ci qəzet"), Əliyev Azad Akif oğlu ("Həftə içi" qəzeti), Nuriyeva Sevinc Rasim qızı ("Yeni Azərbaycan" qəzeti), Səfərova Samirə Məmmədhənifə qızı ("Bakı xəbər" qəzeti), Sarıyeva İradə Murad qızı ("Bakı-Xəbər" qəzeti), Güləliyev Samir İntiqam oğlu ("Olaylar" informasiya agentliyi) və Abbaslı Tahir Tapdıq oğlu ("Paralel" qəzeti) layiq görülüblər.
çap et