525.Az

Ərdoğan: “Vətənə sahib olmaq istəyənlər şəhid verməlidir”


 

Ərdoğan: “Vətənə sahib olmaq istəyənlər şəhid verməlidir”<b style="color:red"></b>

“Suriyada, Liviyada biz varıq, Azərbaycanla qardaşlarımızın yanındayıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Samsunda keçirilən qurultayında deyib.

“Aralıq dənizindən Qara dənizə, Kiprdən Qarabağa qədər hər yerdə eyni davranış nümayiş etdirdik. Hər böyük mübarizədə olduğu kimi əlbəttə bədəllər ödəyirik. Terrorla mübarizədə, İdlibdə, Afrində, “Zeytun budağı”, “Pəncə”, “Barış bulağı” hərəkatlarında şəhidlər verdik. Amma unutmamalıyq ki, hər şey bu ərazilərin Vətən olması üçündür. Əgər bir Vətənə sahib olmaq istəyirsənsə, mübarizə aparmalısan”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

 





01.11.2020    çap et  çap et