525.Az

Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilidi - Yenilənib


 

Ermənistanın Tərtərə atdığı fosforlu mərmi zərərsizləşdirilidi - <b style="color:red">Yenilənib</b>

Ermənistan silahlı qüvvələrinin Tərtər rayonuna atdığı fosforlu mərmi zərərsizləşdirilib.

Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, mərmilər ANAMA əməkdaşları tərəfindən təhlükəsiz ərazidə partladılıb.

*** 16:50

Ermənilər Tərtər rayonuna fosforlu partlayıcı maddə atıb.

Trend-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.

Düşmən bu dəfə artilleriya atəşində fosforlu top mərmilərindən istifadə edib. Fosforlu mərmilər rayonun Səhləbad kəndində boş sahəyə düşdüyündən itki yoxdur. Hadisə barədə dərhal ANAMA təşkilatına məlumat verilib.

Hazırda ərazidə mərmilərin zərərsizləşdirilməsi üçün təhlükəsizlik tədbirləri görülür.

 





03.11.2020    çap et  çap et