525.Az

Mədəniyyət Nazirliyinin əməkdaşı Ordumuza zəfər marşı yazdı


 

Mədəniyyət Nazirliyinin əməkdaşı Ordumuza zəfər marşı yazdı <b style="color:red"></b>

Bir aydan çoxdur ki, Azərbaycanın işğal altında olan torpaqlarını erməni terrorçularından təmizləmək uğrunda ikinci Vətən Müharibəsi davam edir.

Şücaətlə irəliləyən Azərbaycan Ordusunun qələbə xəbərləri hər bir azərbaycanlı üçün qürur mənbəyinə çevrilib. Qəlbi Vətən eşqilə döyünən xalqın hər bir nümayəndəsi öz sahəsində bacardığı qədər Ordumuza mənəvi dəstək olmağa çalışır. Belə təşəbbüslərdən biri də Mədəniyyət Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyev tərəfindən gəlib.  O, Azərbaycanın müzəffər Ordusunun şərəfinə “Zəfər marşı” şeirini  yazıb. Marşın sözlərində Ordumuz ulu türkün yadigarı kimi anılır, hər qələbə yeni nəsillərə daha firavan  gələcəyin ümidi kimi təqdim edilir.

Müəllif bildirir ki,  “Zəfər marşı”nın Şuşada səslənəcəyi, qalib Ordumuzun qələbə bayrağını müqəddəs torpaqlarımızda dalğalanacağı günü səbirsizliklə gözləyir:
“Bu bizim haqq davamızdır. Əminəm ki, tezliklə işğal altında olan torpaqlarımızın hər birində Azərbaycan bayrağı dalğalanacaq. Arzum budur ki, qalib Ordumun qələbə bayrağı Şuşadan Azadlıq Meydanına gətirilib qürurla nümayiş etdirilsin. Şeiri yazarkə, müzəffər Ordumun xalqımıza yaşatdığı qürur hissi və qələbə sevincindən ruhlandım. Nə xoş mənə ki, qələbə qalasının bir daşı da mən oldum!”

525.az müğənni Cavidan Fatihinin ifa etdiyi “Zəfər marşı”nın sözlərini təqdim edir:

Qarabağ çağırır müzəffər ordum

Başqa yol qalmadı, bir yol var - savaş!

Yeni nəsillərə qalmasın deyə...

Bu ağrı, bu acı, bu qan qalx savaş!

 

Sən bizim fəxrimiz, həm qürurumuz.

Zəfərin mübarək şanlı ordumuz!

 

Axı sən qocaman türk oğlu, türksən.

Düşmənlər düşünsün, onlar ağlasın

Açsın qaraları başından Şuşa,

Müzəffər ordumuz zəfər qazansın.

 

Sən bizim fəxrimiz, həm qürurumuz.

Zəfərin mübarək şanlı ordumuz!

 

Artıq haqq günüdür, qisas vaxtıdır.

Düşmənin başına kül ələnəcək.

Qalxıb Azərbaycan ayaq üstədir.

Bu gecə yer qopub, göy dillənəcək!

 

Sən bizim fəxrimiz, həm qürurumuz.

Zəfərin mübarək şanlı ordumuz!

 





03.11.2020    çap et  çap et