525.Az

"Qisas almadan ölmə" filminin premyerası olacaq


 

"Qisas almadan ölmə" filminin premyerası olacaq<b style="color:red"></b>

Fevralın 18- Oqtay Mirqasımovun "Azərbaycanfilm" Kinostudiyasında istehsal olunan "Qisas almadan ölmə" filminin premyerası keçiriləcək.

Rejissorun APA-ya verdiyi məlumata görə, premyerada Almaniya səfirliyindən, Rusiya, Gürcüstan İsraildən qonaqlar iştirak edəcəklər.

O.Mirqasımov qeyd edib ki, filmin təqdimatının 2013- ildə təxirə salınmasının səbəbi Almaniya səfirliyi ilə aparılan danışıqlar olub. Təqdimat mərasimində Almaniyanın Azərbaycandakı səfirinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, film Azərbaycanda yaşamış almanların 1941-ci ildə İosif Stalinin əmri ilə Orta Asiyaya sürgün olunmasından bəhs edir. Bu mövzunun tarixi isə XIX əsrin əvvəllərinə gedib çıxır. O vaxt alman icmaları çar I Aleksandrın razılığı ilə Rusiya imperiyasının əyalətlərinə - Krıma, Qafqaza gələrək burada məskunlaşıblar. 1819-cu ildə Vürtemberq krallığı - indiki Almaniyanın Baden-Vürtemberq əyalətindən gələn almanlar Azərbaycanın qərbində, Gəncə yaxınlığında ilk koloniyanı - Helenendorf kəndini (indiki Göygöl şəhəri) salırlar. Filmdə məktublar, etiraflar, xatirələr, insan hiss yaşantıları yer alır.

 





07.02.2014    çap et  çap et