525.Az

Milli Konservatoriyadan Silahlı Qüvvələrimizə dəstək


 

Milli Konservatoriyadan Silahlı Qüvvələrimizə dəstək<b style="color:red"></b>

Qüdrətli Azərbaycan ordusunun işğalçı Ermənistanın təxribatlarına cavab olaraq həyata keçirdiyi əks-hücum əməliyyatları bütün cəbhəboyu böyük uğurla davam edir.

Əsgər və zabitlərimizin fədakarlığı, yenilməz döyüş əzmi və qazandığı qələbələri hər bir soydaşımızda böyük ruh yüksəkliyi yaradır.

Azərbaycan Ordusunun maddi-texniki təchizatı dövlət tərəfindən yüksək səviyyədə təmin olunsa da, əksər vətəndaşlar, o cümlədən, müəssisə və təşkilatlar Orduya hərtərəfli dəstəyi özlərinə mənəvi borc hesab edir, bu istiqamətdə əllərindən gələni əsirgəmirlər.

Azərbaycan Milli Konservatoriyası Ermənistanın hərbi təcavüzünün qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün şanlı Ordumuzun həyata keçirdiyi zəruri əks-həmlə tədbirlərinə dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 10 min manat vəsait köçürüb.

 





03.11.2020    çap et  çap et