525.Az

Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə qran-pri qazandı


 

Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə qran-pri qazandı<b style="color:red"></b>

Bu yaxınlarda Qazaxıstanın Almatı şəhərində "TESSA" VI Beynəlxalq musiqi müsabiqəsi keçirilib.

Uşaqların, gənclərin və böyüklərin yaradıcılıq potensialını açmaq məqsədi ilə təşkil olunan "TESSA MUSIC CONSEST" müsabiqəsi instrumental və vokal ifaçıların yaradıcı solo və ansambl ifaçılarının peşəkar səviyyəsinin yüksəldilməsinə yönəldilib.

Müsabiqə iştirakçılarını Azərbaycan, Rusiya, Qazaxıstanın aparıcı musiqiçiləri qiymətləndirib.

Bu müsabiqədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, gözəl tenor səsə malik Rüfət Piriyev Qrin-Pri mükafatını qazanıb. Qeyd edək ki, Rüfət Piriyev vokal ixtisası üzrə böyük ifaçılıq və pedaqoji təcrübəyə malik olan BMA-nın dosenti Svetlana Mirzəyevanın, opera-səhnə sənətləri üzrə Azərbaycanın ilk qadin rejissoru, Azərbaycan SSR dövlət mükafatlar laureatı, SSRİ Xalq artisti Gülcahan Güləhmədova-Martınovanın sinfini bitirib.

O, tələbəlik illərindən Akademiyanın, Binəqədi rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının tədbirlərində yeni kompozisiyalarla fəal iştirak edirdi.

Rüfət indiki müharibə dövründə də vətənpərvər oğullarımızı, əsgərlərimizi yaddan çıxarmır, öz yeni ifaları ilə töhfələrini vermiş olur. Onun ifasında bir çox vətənpərvər mahnılar səslənib, onların sırasında "Başın sağ olsun, Vətən" (sözlər - Qabil Ədalət, musiqi - Aytən Oqtayqızı), "Gözəl yurdum Azərbaycan (sözlər - Gülər Əlvanqızı, musiqi - Aytən Oqtayqızı), "Azərbaycanım mənim" (sözlər - İlqar Namazov, musiqi - Aytən Oqtayqızı) və digərlərinin adlarını çəkmək olar.

Rüfət Piriyev daim öz üzərində işləyir, konsert, müsabiqə və digər tədbirlərdə fəal iştirak edir, eyni zamanda o, elmi və pedaqoji fəaliyyəti ilə də məşğul olur, müxtəlif konfraslarda çıxış edir, məqalələr dərc edir, şagirdlər yetişdirir.

Hazırda vokalçı elmi dərəcə almaq üçün dissertasiya üzərində işləyir. Eyni zamanda aktual mövzularda kompozisiyalar hazırlayır ("İlhamla irəli", "Azərbaycan əsgəri"). Gənc musiqiçiyə yeni-yeni uğurlar arzulayırıq.

A.İBRAHİMOVA

 





03.11.2020    çap et  çap et