525.Az

Naxçıvanın qədim arxeoloji abidələri elmi diqqət mərkəzində


 

Naxçıvanın qədim arxeoloji abidələri elmi diqqət mərkəzində<b style="color:red"></b>

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilən VI Beynəlxalq TÜRKCESS "Təhsil və Sosial Elmlər Konqresi"ndə virtual şəkildə iştirak edib.

12 ölkənin 200-dən çox elm və təhsil adamlarının qatıldığı tədbirdə Toğrul Xəlilovun "Naxçıvanın Tunc dövrü mədəniyyəti" mövzusunda məruzəsi dinlənib.

Məruzədə Naxçıvan ərazisindəki qədim yaşayış yerləri və nekropollardan aşkar olunmuş Erkən, Orta və Son Tunc dövrü arxeoloji materiallardan bəhs edilib.

Qeyd olunub ki, Maxta, Ovçulartəpəsi, Xələc, I Kültəpə, II Kültəpə, Qızılburun, Şahtaxtı və digər abidələrin hər birində Naxçıvanın zəngin tarixi, mədəniyyəti yaşayır. Aşkar olunan arxeoloji materiallar, maddi və mənəvi mədəniyyətimizə aid əldə olunan elmi faktlar Naxçıvanın qədim türk yurdu olduğunu sübut edir.

 





03.11.2020    çap et  çap et