525.Az

Xarici media erməni faşizminin hədəfində


 

Xarici media erməni faşizminin hədəfində<b style="color:red"></b>

Ermənilər öz mənfur, faşist xislətini davam etdirməkdədir. Belə ki, Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri yayan, obyektiv məlumat verən, hətta neytral, balanslı mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə almaqda davam edir.
 
Həmin şəxlərə və onların çalışdıqları media qurumlarına qarşı aksiyalar təşkil edilir, hətta ölümlə hədələyir, təhdid və təhqir edirlər.

"Fransanın TF1" kanalı ilə bağlı baş verən hadisəni hər kəs xatırlayır. Kanalın jurnalisti Liseron Budul cəbhə xəttində olub və kanal Azərbaycandakı vəziyyət, ordumuzun şücaəti, erməni silahlı qüvvələrinin mülki insanları və infrastrukturu hədəfə alması, Gəncənin yaşayış massivini bombardman etməsindən bəhs edib. Bundan sonra kanal əməkdaşları ermənilərin ciddi təhdidi ilə üzləşdi, bununla bağlı Sərhədsiz Reportyorlar təşkiları bəyanat verdi. Ardınca başqa bir fransız mətbu orqanı olan "Şarl Ebdo" jurnalına qarşı da təzyiqlər oldu. Fransa hökuməti anormal bir karikatura ilə gündəmə gələn "Şarl Ebdo"nun bu addımını demokratik azadlıqların, azad medianın nümunəsi kimi qiymətləndirib jurnalın arxasında dursa da, TF1-lə bağlı susqunlu göstərdi. Təbii ki, bu iki hadisənin nümunəsində müstəqil mediaya təzyiq məsələsinə selektiv yanaşma yolverilməzdir. 

Növbəti hücum hədəfi "The New York Times" oldu. Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" hesabında bu məsələyə münasibət bildirib. O, yazıb:  "ABŞ-dakı radikal/şovinist erməni lobbi qruplarının Fransada TF1 çəkiliş qrupuna qarşı olduğu kimi, "New York Times"a qarşı da hücumlarını və təhdidlərini qətiyyətlə pisləyirik. İfadə azadlığını, azad medianı boğmağa çalışırlar. Həmin reportajın bəzi hissələri ilə razılaşmasaq da, biz onların işlərinə hörmət edirik".

"The New York Times" qəzetinin əməkdaşı Karlotta Qallın reportajında ermənilərin Azərbaycanın dinc əhalisini raketlə atəşə tutması nəticəsində onlarca insanın həlak olması və yaralanması, ev və obyektlərin zədələnməsindən bəhs edilir.  Erməni lobbisi hətta "New York Times"ın redaksiyası önündə etiraz aksiyası da təşkil etmişdi.  

 Erməni diasporu ümumiyyətlə son dövrlərdə bütün dünyada müstəqil medianı susdurmağa cəhdlər edir, təhdidlər edir. Son bir ayda bir çox əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da hücumlara məruz qalırlar. Onlar bütün vasitələrə əl ataraq, öz yalanlarını bütün dünyaya qəbul etdirməyə çalışırlar. Bununla bir daha faşist, terrorçu xislətlərindən əl çəkmədiklərini nümayiş etdirirlər. Əlbəttə ki, onların bu çikin əməllərinə, təhqir və təhdidlərinə ilk növbədə həmin ölkələrin rəhbərliyi, rəsmi şəxsləri münasibət bildirməlidir. Çünki başqa vaxt media, söz, mətbuat azadlığından danışan, digər ölkələri buna görə qaralayan həmin nölkələrin rəsmiləri öz jurnalitlırinin haqlarını ilk növbədə özləri müdafiə etməlidirlər. İkincisi, beynəlxalq media, insan haqları təşkilatları prinsipial mövqe ortaya qoymalıdır. Çünki həmin jurnalitlər nə görüblərsə, onu çəkib yayımlayıblar. Bütün bunlar o qənaətə gəlməyə əsas verir ki, ermənilər bütün dünyada müstəqil medianı, haqq sözünü deyən siyasətçi və ictimai fəalları susdurmağa çalışır. İnformasiya savaşında uduzan düşmən onların maraqlarına cavab veməyən istənilən şəxsi ölümlə hədələməsi faşizmin daha bir nümunəsidir.  

Mətbuat Şurasının sədri Əflatun Amaşov erməni lobbisinin Azərbaycan həqiqətlərindən yazan nüfuzlu nəşrləri hədəf aldığını bildirib: "Bu, gözlənilən idi, söhbət ABŞ-ın erməni lobbisinin "New-York Times" nəşrini hədələməsindən gedir. Məlum olduğu kimi, Birləşmiş Ştatların bu nüfuzlu nəşri Ermənistanın Bərdə terrorunu işıqlandırmışdı.

"New-York Times"da Bərdə və cəbhə xətti ilə bağlı reportaj yayımlandıqdan sonra düşündüm ki, ermənilər Fransanın "TF1" telekanalının başına açdığı oyunu bu qəzetə münasibətdə də həyata keçirəcəklər. Yada salım ki, Fransa telekanalı Fransadakı erməni lobbisinin üzvləri tərəfindən təzyiqlə üzləşmiş, media orqanının Azərbaycan həqiqətləri ilə reportaj hazırlamış əməkdaşı Liseron Budul ölümlə hədələnmişdi. İş o yerə çatmışdı ki, "TF1" yayımladığı materialı silmək məcburiyyətində qalmışdı.

İstər "TF1", istərsə də "New-York Times"la bağlı durum onu göstərir ki, erməni lobbi və diaspor təşkilatları üçün söz azadlığı, azad media dəyərləri yoxdur. Hər hansı kütləvi informasiya vasitəsində yayımlanmış material narazılıq doğura bilər. Amma bu narazılığın normal ifadə vasitələri var. Təəssüf ki, bu vasitələr ermənilər üçün tam yaddır.

Başlıca təəssüf doğuran məqam isə belə faktlarla bağlı zəruri hüquqi ölçü tədbirinin götürülməməsi ilə bağlıdır. Biz "TF1" telekanalının əməkdaşının ölümlə hədələnməsi faktına, bu istiqamətdəki açıq çağırışlara, o cümlədən, bir KİV-ə qarşı təhdidə qarşı Fransa hakimiyyətinin susduğunu gördük. Çox miskin mənzərə idi".

Əflatun Amaşov Fransa kimi, ABŞ-ın da baş verənlərə susqun yanaşdığını bildirib: "İndi Birləşmiş Ştatlarda da susqunluq var. Nə qədər ki, erməni lobbi və diaspor təşkilarına yerləşdikləri ölkələrin ərköyün uşaqları kimi münasibət göstəriləcək, onlar da demokratik prinsiplərə bir o qədər sayğısızlıq göstərəcəklər. Heç şübhəsiz bu, olduqca mənfi presedent yaradır. Belə nəticə hasil olur ki, Qərb cəmiyyəti ali dəyərləri ermənilərə görə heçə sayacaq qədər aciz durumdadır".

PƏRVANƏ

 





03.11.2020    çap et  çap et