525.Az

Şahin Mustafayev Əfqanıstan səfirliyində Hökumət adından başsağlığı verdi


 

Şahin Mustafayev Əfqanıstan səfirliyində Hökumət adından başsağlığı verdi<b style="color:red"></b>

Baş Nazirin müavini Şahin Mustafayev noyabrın  3-də Əfqanıstan İslam Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, müvəqqəti işlər vəkili Əziz Rəhman Faiq ilə görüşüb.

Nazirlət Kabinetindən APA-ya verilən məlumata görə, Baş Nazirin müavini Kabil şəhərindəki təhsil mərkəzində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Azərbaycan Respublikası Hökuməti adından həlak olanların ailələrinə, Əfqanıstan Hökumətinə və qardaş Əfqanıstan xalqına başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.

Baş Nazirin müavini səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.

 





03.11.2020    çap et  çap et