525.Az

Noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait


 

Noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait<b style="color:red"></b> Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək  198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, oktyabrın 1-dən noyabrın 2-dək  Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait daxil olub.

Nazirliyin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.
 





03.11.2020    çap et  çap et