525.Az

Əli bəy Hüseynzadə: Türkçülüyün atası və böyük maarifçi


 

Əli bəy Hüseynzadə:<b style="color:red"> Türkçülüyün atası və böyük maarifçi </b>

Təhsil Nazirliyi Dərslik nəşriyyat şöbəsinin müdir müavini,
filologiya üzrə fəlsəfə doktoru, dosent
,
Əməkdar müəllim 

 

Bu il fevralın 24- XX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, türkçülük məfkurəsinin böyük carçısı, tanınmış ədib, publisist, maarifçi, rəssam təbabət alimi Əli bəy Hüseynzadənin (1864-1940) anadan olmasının 150 illiyi tamam olur. Böyük Azərbaycan ziyalısı Əli bəy Hüseynzadənin yubileyinin ölkə miqyasında dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən "Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında" 21 yanvar 2014- il tarixli Sərəncam imzalanmış, bu tarixi yubileyin keçirilməsi ilə bağlı müvafiq dövlət qurumlarına tapşırıqlar verilmişdir. Sərəncamda deyildiyi kimi, türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayan, müasir cəmiyyət quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər zəminində bərqərar olmasının vacibliyini irəli sürən müstəqil  dövlətçiliyin nəzəri əsaslarının  işlənib hazırlanmasında yaxından iştirak edən Əli bəy Hüseynzadə çoxşaxəli fəaliyyəti boyunca yaratdığı zəngin fəlsəfi-publisistik, ədəbi-elmi irsi sayəsində Azərbaycan maarifçiliyi tarixinə   qiymətli töhfələr vermişdir.

Hesab edirəm ki, klassik mədəni irsə, milli-mənəvi dəyərlərə dövlətin dövlət başçısının daimi diqqət qayğısının parlaq təzahürü olan bu tarixi Sərəncamın Əli bəy Hüseynzadənin Azərbaycanın məktəb pedaqoji fikir tarixinin öyrənilməsində, xalqımızın milli oyanışı, özünüdərki dirçəlişində, milli  məfkurənin yaranmasında, milli  maarifçilik hərəkatının inkişafında, mətbuat mədəniyyətimizin tərəqqisində yolunda, milli dövlətçiliyimizin formalaşmasında təmənnasız xidmətlərinin müstəqil dövlətçilik təfəkkürü konteksində yenidən dəyərləndirilməsində, onun zəngin irsinin dərindən tədqiqi təbliğində müstəsna rolu vardır.

lll

Müasirləri böyük Azərbaycan mütəfəkkiri, milli ideologiya səviyyəsində türkçülüyün "Ana Yasası" kimi dəyərləndirilən "türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)" triadasının yaradıcısı ilk carçısı, milli bayrağımızdakı rənglər simvolikasının müəllifi, türk dünyasında milli özünüdərkin milli istiqlal düşüncəsinin mücahidi, XX əsr Azərbaycan ədəbiyyatında "Füyuzat" ədəbi məktəbinin banisi, ensiklopedik şəxsiyyət, böyük maarifçi-pedaqoq Əli bəy Hüseynzadənin (1864-1940) türklük, islamlıq, millət Vətən qarşısındakı xidmətlərini yüksək qiymətləndirərək, onu "Qafqaz  müsəlmanlarının atası", "Qafqazdakı türk balalarına türklüyünü bildirən, həsəb-nəsəbini (soykökünü) öyrədən", "rəsuli- həqq" ("haqq elçisi"), "irqin (türklərin) ən mükəmməl öndəri", "külli-müsəlman aləminin iftixarı", "türk xalqlarına kimliyini bildirən dahi", "bütün türk dünyasında peyğəmbər kimi üfüqlər açan", "ilk turançı", "dahi mütəfəkkir", "fövqəlbəşər", "qüzey günəşi", "bütün türk dünyasının mücahidi", "türkçülüyün babası (atası), "milliyyətçi mütəfəkkir", "imanlı türkçü", "yazı ustadı" s. bu  kimi yüksək epitetlərlə öyür, təqdir edirdilər. Sözsüz, bütün bunlar səbəbsiz deyildi.  Çünki bu böyük İNSAN, dahi fikir söz adamı 76 illik şərəfli ziyalı ömrünün yarım əsrdən çoxunu yorulmadan, usanmadan bütövlükdə türklüyün inkişafına, o cümlədən Azərbaycan xalqının milli oyanış özünüdərkinə, maarif mədəniyyətinin yüksəlişinə, milli istiqlal mücadiləsinə, milli dövlətçiliyin formalaşdırılmasına  həsr etmişdi...

XIX əsrin sonu -XX əsrin əvvəllərində Azərbaycan xalqının milli oyanışında, əsası Mirzə Fətəli Axundzadə Həsən bəy Zərdabi tərəfindən qoyulan milli maarifçilik hərəkatının, islamçılıq qərbçilik (avropaçılıq) ideyalarının davam inkişaf etdirilməsində müstəsna rol oynamış, millətimizin  islam ümmətçiliyindən islam milliyyətçiliyinə oradan türk milliyyətçiliyinə keçidinin əsas ideya əməl rəhbərlərindən (Əlimərdan bəy Topçubaşov Əhməd bəy Ağayevlə birgə)  biri olan Əli bəy Hüseynzadə özünün irəli sürüb əsaslandırdığı "türkləşmək, islamlaşmaq, avropalaşmaq" milli dirçəliş milli istiqlal formulu (düsturu) ilə türkçülüyün siyasi məramnaməsini elmi-nəzəri əsaslarını, müasirlərinin dediyi kimi, milli istiqlal mücadiləsinin "Ana Yasası" verməklə milli tariximizə "türkçülüyün atası" kimi öz əbədi imzasını atmış oldu.  Az sonra Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlətçilik ideologiyasına çevrilən bu triada ("üçlü məram") milli bayrağımızdakı rənglər palitrası vasitəsilə əbədiləşdi sonsuzluğa qədər Azərbaycan xalqının qan yaddaşına daxil oldu.  Bu mənada bu gün başlarımız üzərində əzəmətlə dalğalanan milli bayrağımızdakı üç rəngin bildirdiyi simvolik məna Əli bəy Hüseynzadənin müəllifi olduğu "türkləşmək, islamlaşmaq, müasirləşmək" formulunun rənglərlə ifadəsindən ibarətdir. Əli bəy Hüseynzadə belə hesab edirdi ki, azərbaycanlıların millət məfkurəsi türkləşmək, dini məfkurəsi islamlaşmaqdırsa, iqtisadi, mədəni, sosial-siyasi məfkurəsi avropalaşmaq (müasirləşmək) olmalıdır. Türkiyədə türkçülüyün böyük ideoloqu kimi tanınan Ziya Göyalp Əli bəyi özünün ustadı sayaraq sonralar həmin üçlü qayənin sosioloji baxımdan "millətini tanı, ümmətini tanı, mədəniyyətini tanı!" anlamını verən "türk millətindənəm, islam ümmətindənəm, Batı (qərb, Avropa) mədəniyyətindənəm " şəklində formula etmişdir...

Əli bəy Hüseynzadə milli mədəniyyət ictimai-siyasi fikir tariximizdə təkcə dahi mütəfəkkir şəxsiyyət kimi deyil, eyni zamanda  böyük maarifçi - pedaqoq - ziyalı,  məşhur həkim-tibb professoru, rəssam, musiqişünas kimi tanınmaqdadır. Bu mənada Əli bəyin müasiri olmuş, görkəmli tarixçi Yusif Akçuraoğlu  haqlı olaraq yazırdı ki, əfsanəvi Əli bəy dünyanın bütün dillərini, elm fənlərin hər növünü, ədəbiyyat incəsənətin hər şöbəsini tamamən əhatə etmiş tətbiqə müvəffəq olmuş fövqəlbəşər idi ...

Azərbaycanın milli təhsil pedaqoji fikir tarixinə dəyərli töhfələr vermiş bu böyük mütəfəkkirin maarifçilik görüşlərində millətin tərəqqi oyanışında, mədəni yüksəlişində maarifin, təhsilin, elm mədəniyyətin müstəsna roluna, milli istiqlala aparan yolun məhz xalqın maariflənməsindən  keçməsinə bu yolda ana dilində tədrisin təməl prinsip olmasına, ümumbəşəri dəyərlərdən milli təkamül inkişafda istifadənin əsas şərtlərinə dair müdrik fikirlərindən bir neçəsini xatırlatmaq yerinə düşərdi.

l "Türk xalqları birinci dövrdə qılıncla (Hun imperatorluğu dövrü nəzərdə tutulur - Ə.Q.), ikinci dövrdə dinlə (Osmanlı imperatorluğu dövrü - Ə.Q.) parlamışdırsa, indi isə, yəni üçüncü dövrdə (XX əsrdə)  elm biliklə parlamalıdırlar...",  "Bizə qılınc deyil, əhli-maarif lazımdır...";

l "Maarif, ittihad (milli birlik ), hürriyyət (azadlıq) ! qədər gözəl nemətlər! Bunları unutmayalım! Çünki əsl nicat bu  üç qüvvətdədir... ";

l "Bizim özümüzə məxsus daha layiq, daha şanlı bir vəzifeyi-mücahidəmiz vardır ki, o vəzifə zülməti-qəflətdə bulunan külliyyəti-avam arasında nuri-maarifi əkməkdir...";

l "Bilgi... elm lisan (dil ) ilə olur. Bir əcnəbi lisanında dəxi elm təhsil oluna bilər. Fəqət bu surətlə təhsil olunan elm məhdud fərdlərin beynində qalır. Millətin əksəriyyəti arasında yayılmır. Elm maarif əksəriyyət beynində inkişaf etmək üçün lazımdır ki, millətin öz ana dili  maarif təhsilinə alət (vasitə) olsun...";

l "Avropa elminə, maarifinə, ədəbiyyatına, sənət sənayesinə bələd olmağa (öyrənməyə) millətimiz beynində yaymağa  çalışmalıyız... ";

l "Biz avropalıların ədəbiyyatlarına, sənayelərinə, elm maariflərinə, kəşfiyyat ixtiralarına müraciət etmək istəyirik,, özlərinə deyil! Biz istəyirik  ki, islam ölkəsinə onların beyinləri girsin, boğazları, mədələri girməsin. Biz istərik ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində həzm olunmasın ... " s.

Hörmətli  oxucu! Diqqətlə fikir verdinizsə, Əli bəyin 100 il bundan qabaq böyük uzaqgörənliklə söylədiyi bu müdrik kəlamlardakı işıqlı, nurlu ideyalar  nəinki köhnəlməyib, əksinə  bu günümüzlə həmahəng səslənir. Böyük maarifçi XX əsrin böyük kəşflər, yeni texnologiyalar əsri olacağını irəlicədən görür türk xalqlarını, o cümlədən, Azərbaycan xalqını şanlı keçmişi ilə öyünməyi bir tərəfə atıb, elm, maarif mədəniyyət əsrində dünya xalqları içərisində özünəlayiq yer tutmağa səsləyirdi.

Diqqət edin, BMT XXI əsri ötən əsrin sonlarında "Təhsil əsri " - "İntellekt əsri" elan edib. Əli bəy bir əsr bundan qabaq XX əsri "elm bilik əsri" (əslində "təhsil") hesab edir, millətimizin elmlə, maariflə, təhsillə inkişaf edəcəyinə (parlayacağına ) inanırdı. O inanırdı ki, milli istiqlala gedən yol öz başlanğıcını maarifdən, elmdən, təhsildən götürür...

Xalqın maariflənməsinin təməl yolunun ana dilinin əsas tədris dilinə-təhsil, təlim vasitəsinə  çevrilməsi haqda Əli bəyin müdrik fikri bu gün aktual səslənir. Azərbaycanda bu böyük maarifçinin nurlu ideyasının təməli ilk dəfə Xalq Cümhuriyyəti (1918-1920-ci illər) illərində qoyuldu. xoşbəxtik ki, bu gün müstəqil Azərbaycanda milli təhsilimizin əsas təlim - tədris dili dövlət dili olan Azərbaycan dilindədir...

Nəhayət, Əli bəyin millətin tərəqqisi naminə Avropa elm, təhsil mədəniyyətinin əsas nailiyyətlərinin, ümumbəşəri dəyərlərinin öyrənilməsi, bu zaman xalqımızın "onların beyinlərini həzm etməsi, fəqət mədələrində həzm olunmaması" barədə peyğəmbərcəsinə söylədiyi işıqlı ideyalar bu gün Avropa təhsil məkanına inteqrasiya yolunu tutmuş Azərbaycan təhsilinin prioritet    istiqamətlərindən biridir...

Əli  bəy Hüseynzadə  fenomenal fikir adamı, tarixdə böyük izlər qoymuş nurlu şəxsiyyət, böyük ziyalı idi. Lakin təəssüf ki, Azərbaycanın ictimai-siyasi mədəni fikir tarixinin, bütövlükdə türk dünyasının bu böyük şəxsiyyəti sağlığında müasirləri tərəfindən yüksək qiymətləndirilsə , Azərbaycanda 28 Aprel çevrilişi nəticəsində meydana çıxan sovet rejimində kommunist ideologiyası digər milli-mənəvi dəyərlər kimi, Əli bəy Hüseynzadə fenomenini unutdurmaq, onun böyük əməllərini xalqın yaddaşından silmək, tarixi  xidmətlərini saxtalaşdırmaq yolunu tutdu. Bu böyük insan haqqında böhtan iftiralara geniş meydan verildi, adına cürbəcür "yarlıqlar" ("burjua millətçisi", "pantürkist" s.) yapışdırıldı, qohumları "qırmızı terrora" məruz qaldı, əsərlərinin nəşrinə qadağalar qoyuldu...

Görkəmli ədəbiyyatşünas alim, mərhum Yaşar Qarayevin sözləri ilə desək,  Azərbaycan sovet ədəbiyyatşünaslığında (1920-1991-ci illər) siyasi-ictimai fikrində Əli bəy Hüseynzadəyə "Füyuzat" ədəbi məktəbinə qarşı yağdırılmış iftira böhtan fəvvarəsi ilə müqayisədə hətta üzdəniraq "erməni mənbələri" "əlyazmaları" da  "toya getməli" görünürdü...

Lakin sovet rejiminin bütün basqı qadağalarına baxmayaraq, Əli bəy Hüseynzadənin böyük adı əməllərini xalqın yaddaşından silmək, tarixin səhifələrindən çıxarmaq mümkün olmadı. XX əsrin sonunda Azərbaycanın ikinci dəfə  dövlət müstəqilliyinə qovuşması Əli bəy Hüseynzadə fenomenini yenidən millətimizə, mədəniyyətimizə, ədəbiyyatımıza, bütövlükdə ictimai-siyasi fikir tariximizə qaytardı. Bu, əslində Əli bəy Hüseynzadənin doğulduğu, lakin çox az müddət yaşadığı doğma Vətəninə bir növ mənəvi qayıdışı idi ki, bu missiyanın önündə ömrünü bu böyük mütəfəkkirin əsərlərinin toplanmasına, tədqiqinə, nəşrinə təbliğinə  həsr etmiş görkəmli mətnşünas alim mərhum Ofelya xanım Bayramlı gəlir. Onun  tərtibçiliyi ilə Əli bəy Hüseynzadənin kamil 2 cildlik seçilmiş əsərləri, "Füyuzat" jurnalının tam komplekti latın əlifbasında nəşr edildi. "Azərbaycan dilində latın qrafikası  ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004- il tarixli Prezident Sərəncamına uyğun olaraq onun bircildlik seçilmiş əsərləri kütləvi tirajla çap olunaraq ölkənin bütün kitabxanalarına hədiyyə edildi. Əli bəy Hüseynzadənin son illərdə ictimai-siyasi, ədəbi fəaliyyətinə dair xeyli araşdırmalar aparılmış, haqqında Rəfiq Zəka, Azər Turan, Şamil Vəliyevin (Körpülünün) dəyərli monoqrafiyaları nəşr edilmiş, çoxsaylı elmi, elmi-kütləvi məqalələr çap olunmuşdur.

Etiraf etməliyik ki, bu dahi söz fikir adamının  çoxcəhətli fəaliyyəti xalqa hələlik gərəyincə yetərincə çatdırılmayıb. Onun zəngin bioqrafiyasında öyrənilməli faydalanmalı məqamlar kifayət qədər çoxdur...

Əziz oxucu! Böyük ömrün tarixi məqamlarını gəlin birlikdə vərəqləyək...

Əli bəy Hüseyn bəy oğlu Hüseynzadə 24 fevral 1864- ildə Azərbaycanın qədim   şəhərlərindən olan Salyanda ruhani müəllim ailəsində doğulub. Balaca Əli bəy ibtidai təhsilini atası Molla Hüseynin   müəllim işlədiyi Tiflis Müsəlman Məktəbində alıb. Çox erkən yaşlarında valideynlərini  itirən Əli bəy ana babası-böyük maarifpərvər, müasirləri tərəfindən "Qafqazın birinci adamı" adlandırılan Qafqaz Şeyxülislamı Axund Əhməd Səlyaninin (1812-1884) himayəsində qalıb. Altısinifli müsəlman məktəbini uğurla başa vuran Əli bəy babası Axund Əhmədin tövsiyəsi "Rusiyada iki böyük türkçüdən biri" (Ziya Göyalp) sayılan Mirzə Fətəli Axundzadənin (1812-1978) köməkliyi ilə 1875-1885-ci illərdə Tiflis  şəhər 1-ci kişi gimnaziyasında mükəmməl tam orta təhsil alıb. 1885-ci ildə Sankt-Peterburq Universitetinin fizika - riyaziyyat fakultəsinə daxil olmuş, oranı 1889-cu ildə fərqlənmə diplomu ilə bitirmişdi. Tələbəlik illərində o, həm Sankt-Peterburq Rəssamlıq Akademiyasının məşğələlərində azad dinləyici kimi iştirak etmiş, rəssamlıq sahəsində istedad   bacarığını  təkmilləşdirməyi unutmamışdı...

Sankt-Peterburqda universitet təhsili alan Əli bəy bununla kifayətlənməmiş, Türkiyəyə gedərək İstanbul Universitetinin əsgəri-tibb  fakültəsində (1890- 95) ali tibb təhsili almışdı.

Əvvəllər bir müddət həkim - dermatoloq, sonralar  isə  İstanbul Universitetində professor köməkçisi işləyən Əli bəy Hüseynzadə siyasi fəaliyyətə qoşulur. Buna görə Sultan II Əbdülhəmidin  onun haqqındakı həbs qərarı ilə bağlı təqiblərdən qorunmaq məqsədilə 1903- ildə köhnə tanışı olan bir hindli tacirin gəmisində gizli şəkildə Hindistana, oradan Çinə, nəhayət, Bakıya gəlib çıxır...

Əli bəy Hüseynzadənin həyatında Bakı dövrü (1903-1910-cu illər) yeni mərhələnin başlanğıcı olur. Rusiyadan kənarda təhsil aldığı üçün Bakıda həkimlik işinə qəbul edilməyən Əli bəy publisistik fəaliyyətlə məşğul olmağa başlayır. Bu illərdə Bakıda yaşayıb - yaradan Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev kimi tanınmış ziyalılarla sıx təmaslar qurur, böyük mesenat, maarifçi-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə millətin oyanışında, insan hüquqlarının qorunmasında, xalqın maariflənməsində əvəzsiz vasitə olan mətbuat vasitəsilə milli mücadiləyə başlayır. Çünki o dövrun ziyalıları hesab edirdilər ki, "mətbuat bir millətin lisanı (dili), samiəsi (qulağı), nəzəri (gözü), beyni deməkdir. Mətbuatsız millət söyləyəməz, eşidəməz, görəməz... ("Füyuzat" 1907, №29)...

Bu illərdə  Rusiyada  baş verən siyasi proseslər çar hökumətini müəyyən islahatlar aparmaq məcburiyyətinə qoyur. Bu tarixi şəraitdən yararlanmaq istəyən Azərbaycan ziyalıları 1905-ci il martın 15- Hacı Zeynalabdin Tağıyevin mülkündə yığıncaq keçirərək yerli azərbaycanlılara da mədəni, sosial-iqtisadi, siyasi hüquq azadlıqların, o cümlədən ana dilində ümumi təhsilin verilməsinə, mətbuat kitabların nəşr edilməsinə  dair Rusiya hökumətinə təqdim etmək üçün ərizə (petisiya) hazırlayırlar. Bu sənədin hazırlanmasında Əlimərdan bəy Topçubaşov (Topçubaşi), Əhməd bəy Ağayev (Ağaoğlu), Əsədulla bəy Muradxanov, Fərrux bəy Vəzirov, Adilxan  Ziyadxanov, Mirzə Əsədullayev, Mustafa ağa Vəkilov başqaları ilə yanaşı, Əli bəy  Hüseynzadə fəal iştirak edir.  Azərbaycan türklərinin bu istək tələblərini Qafqaza yeni canişin təyin olunmuş Vorontsov-Daşkova çatdırmaq üçün Hacının maliyyə yardımı ilə Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov Əhməd bəy Ağayevdən ibarət nümayəndə heyəti Sankt-Peterburqa göndərilir. Həmin il aprelin 21- canişinlə görüşən Azərbaycan ziyalıları digər tələblərlə yanaşı, ana dilində "Həyat" qəzetinin nəşrinə icazə istədiklərini ona çatdırırlar. Çox çətinliklə qəzetin nəşrinə razılıq verilir...

"Həyat" qəzetinin sahibi-imtiyazı mərhəmətli Hacı Zeynalabdin Tağıyev, naşiri Əlimərdan bəy Topçubaşov, redaktorları Əli bəy Hüseynzadə   Əhməd bəy Ağayev idi. Azərbaycanın bu üç böyük fikir nəhəngi söz adamının rəhbərliyi ilə nəşrə başlayan "Həyat " o dövrdə Azərbaycanda nəşr olunan yeganə anadilli qəzet idi. Azərbaycan xalqının milli dirçəlişində, türkçülük ideyalarının yayılmasında müstəsna rol oynamış bu qəzet qısa ömürlü (07.06.1905-04.09.1906) olsa da, milli mətbuat, eləcə ictimai-siyasi fikir tarixində dərin izlər qoymuşdu. Bu işdə Əli bəyin xüsusi xidmətləri olmuşdu. Qəzet ilk nömrəsindən bağlanana kimi türkçülüyün, islamçılığın qərbçiliyin (müasirliyin) siyasi tribunasına çevrilmişdi ki, bunun da mərkəzində Əli bəyin işıqlı ideyaları dururdu...

 XIX əsrin ikinci yarısında rus çarizmi digər milli-mənəvi dəyərlər kimi xalqımızın adına da "təcavüz" etmiş, onun əsl "türk" adını qadağan etməyə, uydurma "tatar" ,"müsəlman" adları ilə soykökünü unutdurmağa qismən "nail olmuşdu". İş o həddə çatmışdı ki, xalqımızın nümayəndələrindən milliyyətini soruşduqda "müsəlmanam", - deyə cavab verir, öz soykökünü deməkdən belə çəkinirdi. Bu acı həqiqəti  görən görkəmli ədib Ömər Faiq Nemanzadə "Mən kiməm? " adlı yazısında ürək ağrısı ilə yazırdı: " ey türk! İstər darıx, istər karıx, yaxandan əl çəkəcək deyiləm. Sən hər şeyi  öyrənmək istədiyin halda bircə zadı-yəni  özünü bilmək istəmirsən, niyə öz soy nəslindən  xəbərin yox? Niyə sənə "Kimsən?" dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən türkəm. Niyə  deyə bilmirsən ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl sən  türk idin. İndi türksən bundan sonra da türk qalacaqsan..."

Bəli, belə bir tarixi şəraitdə, yəni "türk" kəlməsinin hətta dilə belə gətirilmədiyi,  "Mən türkəm" söyləməyə imkan verilmədiyi bir tarixi məqamda Əli bəy Hüseynzadə "Həyat "qəzetinin səhifələrində çap etdirdiyi "Türklər kimdir kimlərdən ibarətdir ?" adlı əsəri ilə türk xalqlarına, o cümlədən Azərbaycan türklərinə üz tutaraq "Biz tatar deyilik, biz türkük",- deyə hayqırdı, xalqa öz adıyla "türk" dedi bunu başqalarına da dedirtdi, türklərin kimliyini onlara anlatdı. Bu mənada Azərbaycanda türkçülük hərəkatının həqiqi tarixi Əli bəyin redaktoru olduğu "Həyat" qəzeti ilə başlayır. Təsadüfi deyil ki, görkəmli çağdaş Amerika tarixçisi Tadeuş Svyatoçovski doğru olaraq, "XX əsrin əvvəllərində türk xalqlarına kimliyini bildirən bir  nəfər var idi. O da Əli bəy Hüseynzadə idi ", - deyirdi ...

Lakin Əli bəyin qəzetdəki türkçülük, islamçılıq qərbçilik ideyaları türkün əbədi düşmənləri, xüsusən rusların əlində türklərə qarşı   hər zaman bir alət  rolunu oynayan erməniləri ciddi narahat edirdi.

 

Erməni xəfiyyələrinin "Həyat" qəzeti barədə donoslarının birinin üstündə Qafqaz canişininin dərkənarında təcili olaraq "Həyat"ın sərlövhəsindəki "türk" sözünün silinməsi, əvəzinə "tatar" sözünün yazılması"  əmr edilirdi. Lakin Əli bəy nəinki "türk" sözünü "tatar"la əvəzlədi,  əksinə, "bu məsələ qayət mühümdür",- deyərək "Biz ki, türk oğlu türkük, biz ki, millətlərin ən qədimi ulusuyuq", -deyə türklüyü təqdir etməkdə davam etdi. Buna görə türkün düşmənlərinin təzyiqi ilə "Həyat" qapandı...

Çox keçmədi ki, böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə yardımı Əli bəy Hüseynzadənin redaktorluğu ilə  "Füyuzat" dərgisi (1906- 1907) nəşrə başladı. Əli bəy "Həyat" da başladığı türkçülük ideyalarını  "Füyuzat"da da davam etdirərək, türkçülüyün siyasi proqramı olan "türkləşmək, islamlaşmaq, avropalaşmaq" formulunu bitkin bir sistem halına gətirdi:  "Füyuzat"ın tutduğu yol türklük, müsəlmanlıq avropalılıqdır" ("Füyuzat", 1907, №23), - deyə öz ideyasına sadiqliyini bir daha təsdiqlədi... Yeri gəlmişkən,  deyək ki, müəllifi  Əli bəy  Hüseynzadə olan bu üçlü məramın müasir tarixşünasliqda ilk dəfə düzgün, ətraflı elmi şərhinin  bu sətirlərin müəllifinin "Azərbaycan Respublikasının dövlət rəmzləri " kitabında (Bakı 2001, s. 38-89) verildiyi elmi ədəbiyyatda da  etiraf olunmuşdur (Bax : "Füyuzat" . Bakı,  2006, "Ön söz, "s. XIII; "Respublika" qəz. 12, 15 may 2002 -ci il).

Əli bəy Hüseynzadənin bu dərgisi Azərbaycan ədəbiyyatında yeni bir  istiqamətin - "Füyuzat" ədəbi məktəbinin (Hüseyn Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Şaiq başqalarının təmsil olunduğu romantik ədəbiyyat) yaranmasına gətirib çıxardı. Lakin onun da ömrü qısa oldu qəfildən  bağlandı...

Bu qapanmanın maraqlı tarixçəsi vardır. O dövrün mətbuat səhifələrindən öyrənirik ki, Türkiyə Sultanı II Əbdülhəmidin taxta çıxmasının 32-ci ildönümü münasibəti ilə məcmuənin sahibi-imtiyazı Hacı Zeynalabdin Tağıyev görkəmli din xadimi  Məhəmməd Kərim Ağanın Azərbaycan türkcəsinə tərcümə etdiyi "Qurani-Kərim"i altun cild, qiymətli daş almazlarla bəzədərək görkəmli maarifçi din xadimi Axund Yusif  Talıbzadənin (1877 - 1922) vasitəsilə Sultan II Əbdülhəmidə hədiyyə göndərir. Hədiyyəni qəbul edən Sultan Axund Yusifə müraciətlə: "Bir şeyi anlamıram. Hacı Zeynalabdin bəy dərgisində məni həcv edir, sonra da mənə hədiyyə göndərir", - deyə narazılığını bildirir. Axund Yusif Bakıya dönən kimi Sultanın iradını Hacıya çatdırır. O da dərhal məcmuənin bağlanmasına qərar verir. Müasirləri tərəfindən  "Azərbaycan türklərinin milli haqlarının aynası" (A.Şaiq) hesab edilən  "Füyuzat" dərgisi 1907-ci il noyabrın 1- beləcə qapanır... Onu da deyək ki, bu illərdə Əli bəy Hüseynzadə Rusiya I Dövlət Dumasının buraxılmasına etiraz əlaməti olaraq "Vıborq bəyannaməsi"ni imzaladığına görə həbs olunan Əlimərdan bəy Topçubaşovun əvəzinə, müvəqqəti olaraq rusca "Kaspi" qəzetinə baş mühərrirlik (redaktorluq) (1907) etmişdi...

Əli bəy Hüseynzadə publisistik  fəaliyyətlə yanaşı, ziyalı-müəllim ailəsində doğulan, xarizmatik bir ziyalı kimi  pedaqoji sahəyə xüsusi  diqqət ayırmağı  unutmamışdı. 1907-ci ilin  avqustun 25-dən sentyabrın 4-dək  Bakıda  keçirilmiş Azərbaycan  müəllimlərinin  II qurultayının təşkili keçirilməsində  müstəsna  rol  oynamışdı. Qurultayda "Füyuzat" məcmuəsi "Kaspi" qəzetinin müdiri  kimi Əli bəy  Hüseynzadə sədr, görkəmli pedaqoq  Mahmud  bəy  Mahmudbəyov müəllim Süleyman bəy (Sani) Axundov sədr müavinləri,  müəllimlər: Üzeyir bəy Hacıbəyov, Mirzə Abdulla Talıbzadə (A.Şaiq)  Fərhad bəy  Ağazadə  katib seçilmişdilər. Qurultayda Azərbaycanda  məktəb  təhsilinin  vacib  məsələləri  müzakirə  edilmiş, dəyərli  qərarlar qəbul  edilmişdi.  Qurultayın  gedişi haqqında "Füyuzat" jurnalında  (27-31-ci nömrələrdə) ətraflı stenoqrafik məlumat verilmişdi ki, bu məlumatlar bu gün həmin qurultay haqqında ən etibarli dəyərli mənbə sayılır.

"Füyuzat"  məcmuəsi bağlandıqdan  sonra  Əli bəy  fəaliyyətini  pedaqoji  sahədə davam etdirmiş, 1908-1910-cu illərdə "Səadət"  Ruhani Xeyriyyə  Cəmiyyətinin  Bakıda təsis  etdiyi (1908)  "Səadət" məktəbində  əvvəlcə türk dili  ədəbiyyatı  müəllimi,  məktəbin  müdiri,  əslən  iranlı olan  Mirzə Ələkbər Xan Bəhmən  diplomatik  fəaliyyətə keçdikdən  sonra, həmin məktəbin  müdiri olmuşdu. Əli bəy Hüseynzadənin  müdir  olduğu  dövrdə  müəllimlər işə  müsabiqə yolu  ilə  seçilib qəbul  edilirdi.  Belə  müəllimlərdən biri    məşhur  Üzeyir  bəy  Hacıbəyli idi.  Böyük   Üzeyir bəy  o zaman həmin  məktəbə  rus dili   hesab  müəllimi kimi  qəbul edilmişdi.  Təkcə  bu  fakt  Əli bəy  Hüseynzadənin  parlaq  pedaqoji fəaliyyətinin  bir örnəyi kimi  onun  maarifə,  məktəbə,  müəllimə  hansı  yüksək  meyarlarla  yanaşdığını  aydın  şəkildə  göstərməkdədir...

Əli bəyin  Üzeyir bəylə  əməkdaşlığı  təkcə  məktəb  həyatı,  mətbuatla   yekunlaşmamışdı.  Belə ki, türk - islam  dünyasında  ilk opera  sayılan  Üzeyir bəy  Hacıbəylinin "Leyli   Məcnun" operasının  Hacı Zeynalabdin  Tağıyevin  teatrında  baş  tutan  ilk  tamaşasının (1908)  bədii  tərtibatçısı- rəssamı Əli bəy  Hüseynzadə olduğu  barədə  tarixi  faktlar  da  mövcuddur...

Əli bəy  Hüseynzadə  "Səadət"  məktəbində  çalışdığı  illərdə ümumi  təhsilin  məzmunu, dərsliklərin dili   tərtibi prinsipləri,  ədəbi dil əlifba  məsələlərinə  dair qiymətli  məqalələrlə  mətbuatda  çıxış  etmiş,  bu problemlərə dair  onun mülahizələri uzun müddət  mətbuatın  gündəmindən  düşməmiş,  geniş müzakirə diskussiyalara yol açmışdı... Ən maraqlısı bu idi ki, Əli bəy türk xalqları üçün  ümumi ədəbi dil yaradılmasının tərəfdarı idi. Bu ideya o zaman qəbul edilməsə , bu gün yenə aktuallığını itirməyib. Bu böyük maarifçinin ədəbi dil konsepsiyasında əlifba məsələsi xüsusi yer tuturdu. O, ərəb əlifbasının dəyişdirilməsinin qəti  əleyhdarı idi, hətta M.F.Axundovu bu məsələyə görə kəskin tənqid edirdi. Ərəb  əlifbasının dəyişdirilməsi ideyasının türk xalqlarının  mədəni inkişafına zərbə olacağı qənaətində idi. Bu ideyanın ortaya atılmasında rus "barmağı" olduğu inancında idi. XX əsrdə Azərbaycanda aparılan əlifba  "islahatları" bu böyük maarifçinin qədər  haqlı  olduğunu təsdiqlədi...

Türkiyədə Sultan II Əbdülhəmidin taxtdan salınmasından artıq 2 il keçmişdi. Keçmiş inqilabçı dostları olan gənc türklərin dəvətilə  Əli bəy  1910-cu ilin  sonunda yenidən Türkiyəyə köçmək qərarına gəlir. Çox maraqlıdır ki, bu dahi fikir  adamının Bakıdan getməsi qərarı dövrün tanınmış ziyalıları tərəfindən milli faciə kimi qarşılanmışdı. Müasirlərindən olan Əlabbas Müznib görkəmli fikir söz adamı Əli bəyi "bir bölük maarif  yetimi olan Qafqaz  müsəlmanlarının atası" adlandırır, onu "dilsizlərin dili, karların qulağı, korların  görən  gözü" hesab edir, onun  gedişiylə   "Qafqaz  əhalisinin  başsız, böyüksüz" qalacağını  ürək  ağrısı ilə dilə  gətirirdi...

Məhz bu münasibətlə yerli  ziyalılar  "Səadət" məktəbində  Əli bəyin gedişi  şərəfinə  böyük ziyafət məclisi təşkil  etmişdilər. Böyük maarifçi Bakıdan ayrılarkən bütün ev əşyalarını kitablarını üç il  işlədiyi  "Səadət" məktəbinə bağışlamağı da    unutmamışdı... Sözsüz, bu addım onun böyük ziyalı təbiətindən irəli gəlmişdi...

Burada mədəniyyət tariximiz üçün çox maraqlı bir məqama da toxunmaq yerinə düşərdi. Belə ki, Əli bəy İstanbula köç ərəfəsində özünün  yağlı boya ilə 1905- 1906-  illərdə  çəkdiyi  "Bibiheybət məscidinin  görünüşü" adlı məşhur rəsm əsərini satış  salonuna qoydurmuşdu. Salona  gələn  Bakıdakı ingilis  konsulu Mak Donnelin  həmin  əsərdən  xoşu gəlmiş rəsmi almaq üçün  sifariş  vermişdi... "Orucov qardaşları" mətbəəsinin  sahiblərindən biri bu xəbəri böyük mesenat Hacı  Zeynalabdin Tağıyevə çatdırmışdı. Hacı demişdi:

- Görünür, Əli bəyin  əli aşağıdır. Ona  görə bu  məşhur rəsm əsərini satmaq  qərarına gəlib...

Hacı 500 manat verib deyir ki, həmin tablonu göndər bizə. Ancaq bu  haqda  Əli bəy heç bilməsin, məndən pul götürməz. Bibiheybət məscidinin şəkli  qoy Bakıda qalsın, gedib Londona  düşməsin...

Belə edirlər. Bu  böyük  mesenatın  milli qeyrəti təəssübkeşliyi sayəsində Azərbaycan  xalqının  milli  sərvəti olan bu  gözəl  sənət  əsəri  Əli bəyin öz vətənində qalır. Həmin əsər hazırda Azərbaycan Dövlət İncəsənət  Muzeyində saxlanılır...

Yeri gəlmişkən deyək ki, Dövlət İncəsənət  Muzeyində qorunan Əli bəyin  Sankt-Peterburqda təhsil alarkən Tiflisdə çəkdiyi "Şeyxülislamın  portreti" əsəri (1888) 1903- ildə Əli bəy tərəfindən Vətənimizə gətirilib qardaşı İsmayıl bəyə bağışlanıb. Muzeyə isə Bəhmən Hüseynzadə həyat yoldaşı görkəmli tarixçi, mərhum professor Sara xanım Aşurbəyli tərəfindən  bağışlanıb. Portret öz ana babası Şeyxülislam Axund Əhməd  Səlyaniyə həsr  edilib...

Nəhayət, Əli bəy Hüseynzadə Bakını 1910-cu il dekabrın 4- tərk edərək Bakı - Tiflis - İstanbul marşrutu ilə 1911-ci il yanvarın 5- İstanbula çatıb. Səfər  zamanı Tiflisdə  dəmiryol  vağzalında  böyük ədib Cəlil Məmmədquluzadə ilə  təsadüfən görüşüb, aralarında çox səmimi  söhbət olub...

İstanbulda həkimlik sənətini davam etdirən Əli bəy Hüseynzadə İstanbul Universitetinin  Tibb fakültəsində dəri-zöhrəbi xəstəlikləri üzrə professor köməkçisi, sonralar professoru seçilir. Bu vəzifədə 1933- ilə, yəni universitet bağlanana qədər pedaqoji fəaliyyətlə məşğul olur.

1918-ci il mayın 28- Tiflisdə qurulan Azərbaycan Xalq Cümhuriyyəti hökuməti müvəqqəti olaraq  Gəncədə  fəaliyyət göstərdiyi dövrdə (16 iyun 1918 - 17 sentyabr 1918) Osmanlı dövlətindən hərbi yardım  istəmiş Nuru Paşanın rəhbərliyi altında  türk ordusu Azərbaycana - Gəncəyə gəlmişdi. Bu  dövrdə Əhməd  bəy Ağayev (Ağaoğlu), Axund Yusif Talıbzadə ilə  yanaşı, Əli bəy Hüseynzadə Türkiyədən Azərbaycana göndərilmiş, dövlət  quruculuğu məsələlərini Azərbaycanın siyasi  hökumət rəhbərləri ilə müzakirə etmiş, müəyyən məsləhətlər vermişdi. Əli bəy  Gəncə səfərindən qayıtdıqdan sonra  qələmə aldığı   "Qızıl ay" qəzetinin 24 iyul 1918-ci il tarixli  nömrəsində  çap etdirdiyi  "Azərbaycanda düşündüklərim" məqaləsindən öyrənirik ki, o Gəncəni iyulun  ortalarında tərk edərək, Qafqaz məsələsini müzakirə etmək məqsədilə  Məhəmməd Əmin  Rəsulzadə ilə birlikdə İstanbula qayıdıb...

Əli bəy Hüseynzadə Azərbaycan sovet hökumətinin xüsusi dəvəti ilə bir 1926- ildə Vətənə dönüb, Bakıda keçirilən I Beynəlxalq Türkoloji qurultayda iştirak edib. Qurultaya məruzə adı ilə  gətirdiyi, əslində isə Xalq Cümhuriyyətinin  süqutu   Sovet Rusiyası tərəfindən  Azərbaycanın  işğalı məsələlərinə  həsr olunmuş "Qərbin iki dastanında türk" əsərinin Bakıda nəşrinə nail olub. Onun  beynəlxalq miqyaslı  belə bir qurultaya dəvət olunması əslində Sovetlər Birliyində böyük türkoloq kimi  tanınması kimi dəyərləndirilməlidir...

Türkoloji qurultay başa çatdıqdan sonra 1926- il martın 25- doğma  Vətənindən sonuncu dəfə  ayrılan Əli bəy  Hüseynzadə bir müddət Atatürkə sui-qəsddə iştirak gərəkçəsi ilə Ankarada İstiqlal Məhkəməsi qarşısında dayanmalı olmuş, az sonra bu işdə günahsızlığı sübut edilərək sərbəst buraxılsa da, fəaliyyətində bir durğunluq mərhələsi başlanmışdı. Bu hadisədən sonra sakit həyat tərzi keçirən Əli bəy 1940- il martın 17-  İstanbulda dünyasını dəyişib şəhərin Qaracaəhməd  məzarlığında torpağa tapşırılıb...

Əli bəy Hüseynzadə özündən sonra  zəngin elmi, bədii, publisistik irs qoyub getmişdir. Onun elmi, ədəbi-bədii irsi içərisində Bakıda işlədiyi illərdə yazdığı mütəxəssislər tərəfindən şah əsəri hesab edilən "Siyasəti- Fürusət" ( "At minmək siyasəti"), eləcə ,  "Füyuzat" məcmuəsi xüsusi yer tutur. Müasiri Yusif Akçura yazırdı ki, Əli bəyin  siyasi, fəlsəfi ədəbi düşüncələrini anlamaq üçün ən qiymətli mənbə "Füyuzat" kolleksionudur ( Bax: Y.Akçura. Türkçülüyün tarixi. Bakı 2006 ).

Şükürlər olsun ki, bu qiymətli mənbə mərhum mətnşünas alim Ofelya Bayramlının fədakar əməyi ilə latın qrafikasına transliterasiya olunaraq tanınmış ziyalı  Etibar Yolçuyevin şəxsi vəsaiti ilə məhdud tirajla müasir Azərbaycan  oxucusuna çatdırılmışdır. Çox istərdik ki, həmin toplu  kütləvi tirajla çap edilərək, geniş elmi ictimaiyyətin  istifadəsinə veriləydi...

Bir neçə kəlmə bu böyük insanın  ailə  həyatından söz açmaq  istərdik.  Əli bəy  nisbətən  gec, yəni 48 yaşında 1912-ci ildə İstanbulda  əslən çərkəz olan  suvari zabiti Şəmsəddin bəyin  qızı Ədhiyyə xanımla  (1890-1944) evlənmiş, bu izdivacdan üç övladı - Səlim  Turan adlı oğlu, Saidə   Feyzavər adlı iki qızı dünyaya gəlmişdi. Yüksək  təhsil almış övladlarının heç birinin uşağı olmayıb. Böyük qızı Saidə bəyim  (1914-2002)  2002-ci ildə  rəhmətə gedib. Oğlu Səlim Turan (1915-1994) məşhur rəssam idi. Parisdə yaşayıb, 1994- ildə  orada dünyasını dəyişib. Üçüncü övladı 1920-ci ildə doğulmuş Feyzavər bəyim bu yaxınlarda İstanbulda haqq dünyasına qovuşub. Əli bəyin  nəsli bu övladlarla bitir...

Əli bəy Hüseynzadə XIX əsrin sonu - XX əsrin  əvvəllərində türk-islam dünyasının  yetirdiyi nadir  şəxsiyyət, dahi mütəfəkkir, bənzərsiz  fikir adamı, böyük maarifçi ictimai xadim idi... Onun haqq dünyasına qovuşmasından 74 il  ötsə , o, əsərlərində, əməllərində, parlaq ideyalarında bu gün yaşayır. Bu böyük İnsanın adının əbədiləşdirilməsi istiqamətində müstəqil Azərbaycanda dövlət tərəfindən  müəyyən  addımlar atılıb, doğulduğu Salyan şəhərində şərəfinə heykəli ucaldılıb, küçələrə, məktəblərə adı verilib. Əsərləri çap edilib,  haqqında  araşdırmalar aparılıb. Ən  başlıcası təmiz  adı özünə qaytarılıb, böyük ideyaları həyata keçirilib. Hesab edirik ki,  necə ki, müstəqil Azərbaycanın  üçrəngli  bayrağı var, həmin  bayrağın rənglər simvolikasının  müəllifi Əli bəy  Hüseynzadə  var olacaqdır...

Düşünürəm ki, müstəqil Azərbaycanın görkəmli elm mədəniyyət xadimləri maarif mədəniyyətimizin bu böyük korifeyinin üçrəngli bayrağımızda əbədiləşən milli ideyaların müəllifi Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında ölkə Prezidentinin məlum Sərəncamının yüksək səviyyədə icrası üçün əllərindən gələni əsirgəməyəcək, bu böyük ziyalının zəngin irsinin xalqımıza, xüsusən müasir Azərbaycan gəncliyinə gərəyincə yetərincə çatdırılmasına öz layiqli töhfələrini verəcəklər.


 





07.02.2014    çap et  çap et