525.Az

Azərbaycan XİN Ermənistan prezidentinə cavab verdi


 

Azərbaycan XİN Ermənistan prezidentinə cavab verdi<b style="color:red"></b>

Ermənistan prezidenti Rusiyanın RBK televiziya kanalına müsahibəsində həqiqətləri təhrif edib.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Twitter”də bildirib.

“O, Dağlıq Qarabağ Muxtar Vilayətinin tarixi, demoqrafiyası, iqtisadi vəziyyəti barədə yalan danışıb. Ermənistan prezidenti 1980-ci illərin sonlarında 1 milyondan çox erməninin Azərbaycanı tərk etdiyini söyləyib. Fakt ondan ibarətdir ki, 1989-cu il siyahıyaalmasına görə 390 505 erməni yaşayıb”, - deyə XİN rəsmisi vurğulayıb.

 





04.11.2020    çap et  çap et