525.Az

Ermənistanın təxribatı nəticəsində 91 nəfər ölüb, 405 nəfər yaralanıb


 

Ermənistanın təxribatı nəticəsində 91 nəfər ölüb, 405 nəfər yaralanıb<b style="color:red"></b>

Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində Azərbaycanın ölən və yaralanan mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək Ermənistan ordusunun yaşayış məntəqələrini atəşə tutması nəticəsində 91 mülki şəxs həlak olub, 405 nəfər yaralanıb.

Bundan başqa, 500 mülki obyekt, 98 çoxmənzilli yaşayış binası və 2 734 yaşayış evi yararsız vəziyyətə düşüb.

 





04.11.2020    çap et  çap et