525.Az

"Ordumuzun tanklarının vurulması barədə yayılan məlumat yalandır"


 

"Ordumuzun tanklarının vurulması barədə yayılan məlumat yalandır"<b style="color:red"></b>

Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.

Bu barədə 525.az-a Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir.

Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir.

 

 





04.11.2020    çap et  çap et