525.Az

İsveçdə Azərbaycana dəstək yürüşü


 

İsveçdə Azərbaycana dəstək yürüşü <b style="color:red"></b>

İsveçin Stokholm və Göteborq şəhərlərində Azərbaycana dəstək məqsədilə avtoyürüş keçirilib.

525.az xəbər verir ki, işğalçı Ermənistan ordusunun terrorçu hərəkətlərinə etiraz etmək istəyən azərbaycanlılar sosial media üzərindən təşkilatlanaraq avtoyürüş keçirib.

Üzərində "Qarabağ Azərbaycandır!" şüarı yazılmış, Azərbaycan və Türkiyə bayraqları asılmış avtomobillər Stokholm və Göteborq şəhərlərinin mərkəzi küçələri ilə hərəkət edib.

Aksiyaların məqsədi işğalçı Ermənistan ordusunun cəbhə bölgəsindən uzaqda yerləşən Bərdə, Gəncə və digər yaşayış məntəqələrində mülki insanlara qarşı törətdiyi terror aktlarını pisləmək, yerli ictimaiyyətin diqqətini Ermənistanın terrorçu hərəkətlərinə cəlb etməkdir.

Aksiya iştirakçıları dünya dövlətlərini ermənilərin törətdiyi terror aktlarına biganə qalmamağa, mülki insanlara və azyaşlı uşaqlara qarşı erməni terrorunu dayandırmağa çağırıblar.

 





04.11.2020    çap et  çap et