525.Az

Londonda erməni terrorunun qurbanları yad edilib


 

Londonda erməni terrorunun qurbanları yad edilib <b style="color:red"></b>

Böyük Britaniyada yaşayan azərbaycanlılar "London Eye"ın qarşısına toplaşaraq işğalçı Ermənistan ordusunun Gəncə və Bərdə şəhərlərində, eləcə də digər yaşayış məntəqələrində törətdiyi terror aktları nəticəsində həlak olan şəxslərin xatirəsini yad ediblər.

525.az xəbər verir ki, terror qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, aksiya iştirakçıları “Qarabağ Azərbaycandır!", "Erməni terroruna son qoyun!", "Uşaq ölümünə son qoyun!", "Biz terrora yox deyirik", "İşğalçı dövləti dəstəkləməyin!" kimi şuarlar səsləndiriblər.

Əllərində Azərbaycan bayrağı tutan həmvətənlərimiz yerli ictimaiyyətin diqqətini ermənilərin günahsız insanlara qarşı törətdikləri vandalizm aktlarına yönəldiblər.

Anım mərasimi Azərbaycanın Dövlət Himninin oxunması ilə yekunlaşıb.

 





04.11.2020    çap et  çap et