525.Az

Badımcan saplağının faydaları


 

Badımcan saplağının faydaları<b style="color:red"></b>

Əksər insanlar tərəfindən bilinmədiyi üçün heç istifadə edilmədən kəsilib atılan badımcan saplağının çox vacib faydaları var.

525.az xəbər verir ki, tərkibindəki zəngin vitaminlər və minerallar sayəsində xəstəliklərə qarşı bizə kömək edir.  A, B1, B2 və C vitaminləri ilə zəngin olan badımcan saplağı hemoroid, dəri və saç sağlamlığı kimi problemlərimizi aradan qaldırmağa və hətta immunitet sistemimizi gücləndirməyə köməklik göstərir. Tərkibindəki A və B1 vitaminləri sayəsində göz sağlamlığına müsbət təsir edən badımcan saplağı lifli quruluşu sayəsində həzm sistemimizin nizamlı fəaliyyətini dəstəkləyir. C vitamini ilə dəriyə parlaqlıq verir və tənəffüs yollarını xəstəliklərindən qoruyur. Təbii nikotini ilə siqareti atmaq istəyən insanlara rahatlıq verir. İspanaqdan sonra ən çox dəmirlə zəngin tərəvəz olan badımcan saplağı yorğunluğu aradan qaldırmağa və orqanizmdə dəmiri artırmağa kömək edir. İnsulin müqavimətini tarazlaşdırır. Antioksidan quruluşla zəngin olduğundan bədənimizdəki toksinlərin xaric edilməsini asanlaşdırır.

Bu müalicəni tətbiq edərkən bilməli olduğunuz bir neçə məqam var. Beş günlük müalicə dövründə bulğur, pomidor, turşu, sirkə, maya və ədvalı (çili, isot və acı bibər və s.) qidalardan uzaq durmaq faydalıdır.

Badımcan məlhəminin hazırlanması üçün lazım olanlar:

- 10 ədəd badımcan saplağı

- 12 stəkan su

- 1/2 çay stəkanı limon suyu

- 1 çay qaşığı duz

Hazırlanması: Kəsilmiş badımcan saplağlarını qazana töküb və digər sadalananları da əlavə edin. Qaynayana qədər və sonrasında soyumaq üçün də qazanın qapağını  açmayın. Soyuduqdan sonra  soyuducuda saxlaya bilərsiniz. Hazırladığınız bu qarışığı 5 gün 100 qram olmaqla səhər və axşamlar yeməkdən əvvəl qəbul edin.

 





04.11.2020    çap et  çap et