525.Az

Tibbi maskalardan istifadə zamanı çıxan yeni dəri xəstəliyi


 

Tibbi maskalardan istifadə zamanı çıxan yeni dəri xəstəliyi <b style="color:red"></b>

Koronavirus pandemiyası dövründə hər bir şəxs virusdan qorunmaq üçün tibbi maska taxmağa başladı. Nəticədə üzdə problemlər, xüsusilə sızanaqlar əmələ gəldi. Doğrudur, bu maskaları bizi və ətrafdakıları qorumağa kömək edir, lakin düzgün seçilməyən maskaların gün boyu daima istifadə edilməsi latınca "maskne" adı verilən yeni növ sızanaqla bağlı dəri xəstəliyinin yaranmasına səbəb oldu.

525.az-ın xəbərinə görə, dermatologiya üzrə mütəxəssislər bildirir ki, tibbi maskanın üzə sürtünməsi və qıcıqlanma yaratması, üstəlik, dərimizdə olan bakteriyaları maska ilə örtdüyümüz zaman məsamələrin və yağ bezlərinin kanallarının tıxanması üzümüzdə bu iltihablı sızanaqların yaranmasına səbəb olur. Dermatoloji təcrübələrdə uzun müddət maska taxmağın səbəb olduğu sızanaqlarla yanaşı, bunun digər problemlər yaratdığını da  görürük. Misal üçün; hiperhəssaslıq, dərinin qabıqlanması, qaşınma, ağrı hissi və s.

Nə etməli?

Dəridə bu problemlərin qarşısını almağın iki yolu var:

Birinci yol, pambıq və ya yuyula bilən ipək kimi təbii parçalara üstünlük verin. Çünki bu cür parçalar maskanın üzünüzə sürtünməsini azaldacaq və sürtünmədən qaynaqlanan qıcıqlanmanın qarşısını almağa kömək edəcəkdir. Materiallar  yüksək fərq yaradır. Bir maska seçərkən üzü tam örtəcək qədər böyük, nəfəs ala biləcəyiniz və dəridə yumşaq qalan və qıcıqlandırmayan parçalar seçin.

İkincisi dəri qulluğunuza laqeyd qalmayın. Əgər tibbi maska taxma səbəbindən  üzünüzdə iltihablı sızanaq və ya civzə ilə qarşılaşsanız, salisilik turşusu olan bir təmizləyici, niasinamid ehtiva edən iltihab əleyhinə vasitə və tərkibində aloe vera olan bir nəmləndirici istifadə edə bilərsiniz. Bu, bir müddət iltihabı azaldır və məsamələrin tıxanmasına qarşı mübarizə və müalicəyə kömək edir. Bununla birlikdə mütləq həkiminizlə məsləhətləşməlisiniz.

 





04.11.2020    çap et  çap et