525.Az

Stress və infeksiya əleyhinə güclü qalxan


 

HAMININ MƏTBƏXİNDƏ VAR

Stress və infeksiya əleyhinə güclü qalxan <b style="color:red"></b>

Kəklikotunun xoş qoxusu, görünüşü və dadından əlavə, orqanizm üçün inanılmaz faydaları var. Bu bitki həm də təbii şəfa deposudur.

525.az xəbər verir ki, hər dərdə dərman hesab olunan kəklikotunun sağlamlığa saymaqla bitməyən faydaları var. Bu bitki digərləri ilə müqayisədə ən yüksək antioksidan səviyyəsinə malikdir. Kəklikotu çayı yaddaşı artırmağa, baş ağrısını və əzələ gərginliyini aradan qaldırmağa, öskürəyi sakitləşdirməyə, qızdırmanı aradan qaldırmağa, soyuqdəymə və infeksiyalarla mübarizə aparmağa kömək edir. Özündə mükəmməl təbii sedativ və bütün sinir sisteminə tonik təsir göstərən bir qarışıq ehtiva edir. Bundan əlavə, kəklikotu - yara, infeksiya, yanıq yarası, virus əleyhinə, antiseptik, göbələk, revmatizm əleyhinə təsir edir. Bu bitkinin çayı həzm sistemi üçün əla təmizləyicidir və bəzi bağırsaq qurdlarını məhv edir. Həmçinin, sidik yollarının sağlamlığı üçün də vacibdir və infeksiyaların qarşısını alaraq insan üçün lazım olan bakteriyaların tarazlığını qoruyur.

Kəklikotu çayı, digər bitki çayları arasında xroniki xəstəliklərdən, tənəffüs yolunun  yoluxucu xəstəlikləri, həzmsizlik, əzələ gərginliyi, menstruasiya sancıları, yuxusuzluq, şiddətli mədə ağrıları və qəbizlikdən əziyyət çəkən insanlar üçün faydalıdır. Bunun səbəbi tərkibindəki yüksək C vitamini, A vitamini, mis, dəmir, manqan, kalium, fosfor, karvakrol, piridoksin və bir çox güclü antioksidan birləşməsidir. Kəklikotu çayının tərkibindəki aktiv maddələr başgicəllənmə, dağınıq skleroz, hepatit və bir çox xəstəliyin qarşısının alınması və ya yüngülləşdirilməsi və bədənin ümumi oksidləşdirici stresinin azaldılmasına müsbət təsir edir.

Çayının düzgün dəmlənmə qaydası:

1 çay qaşığı təzə, quru kəklikotunu iri fincanda üzərinə su alıb, saxlayın. 5 dəqiqə sonra bu suyu otla birgə dəm çaydanına töküb, qaynara düşənə kimi zəif odda saxlayın. Çox qaynatmadan oddan götürüb, ağzı bağlı şəkildə 7 dəqiqə soyudun. Sonra süzüb, elə isti halda için. Acı olsa bal qata bilərsiz.

 





04.11.2020    çap et  çap et