525.Az
Temperatur yüksələcək
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi, biometeoroloji amillərin normal sutkalıq gedişi, eyni zamanda oksigenlə zəngin hava meteo-həssas insanlar üçün əlverişlidir.
525.az-ın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə bəzi yerlərdə yerlərdə az yağış yağacaq. Gündüz mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarına gəlincə isə gecə saatlarında cənub bölgəsində, axşam isə ayrı-ayrı yerlərdə zəif qar yağacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-15 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.
07.02.2014
çap et