525.Az

"Qarabağ - mədəniyyətimizin beşiyi": Qırmızı monastır


 

"Qarabağ - mədəniyyətimizin beşiyi": Qırmızı monastır<b style="color:red"></b>

Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal edilmiş ərazilərdə dağıdılan, talan edilən mədəniyyət ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan tikililər, Azərbaycan xalqının Qarabağda saxtalaşdırmaya və mənimsənilməyə məruz qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən "Qarabağ - mədəniyyətimizin beşiyi" adlı layihə davam edir.

Mədəniyyət Nazirliyindən 525.az-a bildirilib ki, layihə çərçivəsində növbəti material Qırmızı monastıra həsr olunub.

Kəlbəcər rayonunun Qozlu kəndində yerləşən tarixi abidə 1224-cü ildə inşa edilmişdir. Alban xristianlıq memarlığına aid olan abidə kompleks kilsədən, narteksdən, sovmədən və digər tikililərdən ibarətdir.

Bu tarixi abidə 1993-cü ildən Ermənistan işğalı altındadır və məhv olmaq üzrədir.

Qeyd edək ki, layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli və dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün hazırlanan məlumatların müxtəlif dillərdə qlobal internet məkanında, o cümlədən sosial şəbəkələrdə yayılması nəzərdə tutulur.

 





04.11.2020    çap et  çap et