525.Az

Azərbaycan yazıçısının əsəri özbək mətbuatında dərc edilib


 

Azərbaycan yazıçısının əsəri özbək mətbuatında dərc edilib<b style="color:red"></b>

Özbəkistanın "Saodat" jurnalında Azərbaycan yazıçısı Qərib Mehdinin "Sınmayan vəfa" adlı hekayəsi çap olunub.

525.az xəbər verir ki, hekayəni orijinaldan özbək dilinə ədəbiyyatımızın dostu, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü Şəhla Qasımova çevirib.

Xatırladaq ki, Şəhla Qasımovanın tərcüməsində indiyədək Özbəkistandakı ədəbi qəzet və jurnallarda Azərbaycanın şair və yazıçılarının şeir, hekayə və povestləri çap olunub, Daşkənddə və Bakıda bir neçə kitabı işıq üzü görüb.

Şəhla Qasımova indi də Özbəkistanın ədəbi jurnal və qəzetlərində müntəzəm olaraq Azərbaycan ədəbiyyatı nümunələrini özbək dilində çap etdirir.

 





04.11.2020    çap et  çap et