525.Az

Kukla Teatrı daha bir tamaşanı onlayn nümayiş etdirəcək


 

Kukla Teatrı daha bir tamaşanı onlayn nümayiş etdirəcək<b style="color:red"></b>

Noyabrın 7-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı özünün sosial şəbəkələrindən "Tıq-tıq və Taq-taqın nağılı" tamaşasını nümayiş etdirəcək.

525.az-ın xəbərinə görə, Abdulla Şaiqin "Tıq-tıq xanım" nağılının motivləri əsasında teatrın baş rejissoru Qurban Məsimovun səhnələşdirdiyi və quruluş verdiyi "Tıq-tıq və Taq-taqın nağılı" tamaşası ideya yükü, səhnə estetikası və yeni ştrixləri ilə diqqəti cəlb edir.

Uşaqlara lovğalıq, bədbinlik, ətrafına münasibətdə laqeydlik kimi keyfiyyətlərin fəsadlarını qəhrəman Tıq-tıqın üzləşdiyi hadisələr fonunda təqdim edən rejissor tamaşaya əlavə etdiyi Taq-taq obrazında isə əsl dost, sadiq və səmimi yoldaş xüsusiyyətlərini cəmləşdirib. Balacalara sevgi, mehribanlıq, sadəlik, ən əsası ağıllı olmağı tövsiyə edən Taq-taq yeni tamaşanın əsas qəhrəmanı kimi səhnə əsərinin sonluğunu da dəyişməyə nail olur.

Belə ki, klassik nümunədən fərqli olaraq yeni tamaşanı müsbət sonluqla bitirən rejissor Taq-taqı xudpəsənd Tıq-tıqın xilaskarı kimi təqdim edir və dostluğun, mehribanlığın, səmimiyyətin qələbəsi tamaşaçıları, xüsusən balacaları sevindirir.

 





04.11.2020    çap et  çap et