525.Az

Sentyabrda POS-terminal və bankomatların sayı artıb


 

Sentyabrda POS-terminal və bankomatların sayı artıb <b style="color:red"></b>

Azərbaycanda POS-terminalların sayı sentyabr ayı ərzində 493 vahid və ya 0,9 faiz artaraq oktyabr ayının 1-nə 57.040 ədəd təşkil edib.

Mərkəzi Bankın (AMB) 525.az-a verdiyi məlumata görə, ilin əvvəlindən ölkədə POS-terminalların sayı 15,5 faiz və ya 10 428 vahid, ötən ilin eyni ayı ilə müqayisədə isə 11,9 faiz və ya 7 735 vahid azalıb.

Məlumata əsasən, POS-terminalların 37 306 ədədi və ya 65,4 faizi Bakıda, 19 734 ədədi və ya 34,6 faizi isə regionlarda quraşdırılıb.

Hesabat ayında bankomatların sayında isə artım müşahidə olunub. Belə ki, ölkədə quraşdırılmış bankomatların sayı sentyabr ayı ərzində 32 ədəd və ya 1,2 faiz artıb. İllin əvvəlindən bankomatların sayı 0,3 faiz və ya 7 ədəd azalsa da, illik müqayisədə 1,8 faiz və ya 48 vahid artıb.

 





04.11.2020    çap et  çap et