525.Az

Hindistanda tapılan tısbağa marağa səbəb oldu - Foto


 

Hindistanda tapılan tısbağa marağa səbəb oldu - <b style="color:red">Foto</b>

Hər zaman olduğu kimi, təbiət öz fərqliliyi ilə insanları təəccübləndirməyə davam edir. Bu dəfə təəccübə səbəb olan  hadisə Hidistanda baş verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın qərbindəki Benqal bölgəsində sarı rəngdə tısbağa tapılıb. Dünyada ilk dəfə rast gəlinən sarı rəngli tısbağa kəndlərin birində hovuzda tapılıb.

Tısbağanın şəkilləri qısa zamanda sosial mediada sürətlə yayılıb. 

Onu rənginə görə, əridilmiş”hamburger pendiri” ilə müqayisə edirlər.

“Indian Flap Shell” adlı bu tısbağa nadir bir növ olaraq qeydə alınıb və onun mutasiya nəticəsində rəngini dəyişdiyi bildirilir. Onun sarı rəngdə olmasının səbəbi isə rəng piqmentinin itirilməsi ilə xarakterizə olunur. 

Qeyd edək ki, bu tısbağa növünə adətən Cənubi Asiyada rast gəlinir. Onun uzunluğu 22-35 sm aralığında olur.

 





04.11.2020    çap et  çap et