525.Az

Qələbəyə Dəstək Hərəkatının 5-ci sovqat maşını bu gün yola çıxdı


 

Qələbəyə Dəstək Hərəkatının 5-ci sovqat maşını bu gün yola çıxdı<b style="color:red"></b>

Bir qrup iş adamının təşəbbüsü ilə yaradılan Qələbəyə Dəstək Hərəkatının növbəti sovqat maşını bu gün cəbhə bölgəsinə yollanıb.

525.az xəbər verir ki, bu barədə məlumatı Qələbəyə Dəstək Hərəkatı Təşəbbüs Qrupunun sədri Hədəf Şirkətlər Qrupunun sahibi Şəmil Sadiq verib.

Hərəkat üzvləri bu günə qədər 70.000 manatlıq sovqatı əsgərlərimizə çatdırıb. Bununla yanaşı, hər bir şirkət ayrılıqda Silahlı Qüvvələrin Yardım Fonduna rəsmi ödəmələr də edib.

Qələbəyə Dəstək Hərəkatı Ali Baş Komandanımız İlham Əliyevin böyük iradəsi və siyasi gücü ilə torpaqlarımızın azad edilməsi üçün apardığı siyasətə, Azərbaycan xalqını Qələbəyə götürəcək əks hücumda rəşadətli ordumuza dəstək məqsədi ilə yaradılıb.

İndiyədək Təşəbbüs qrupuna qatılan şirkətlər aşağıdakılardır:  

Behrud İnşaat MMC, Hədəf Şirkətlər Qrupu, Halal-P MMC, Prime TV MMC, Medika Hospital MMC, UKASMEN MMC, ABBAo İnşaat, Starlab Tibb Mərkəzi, Əlincə İdman Klubu, Onat Nəqliyyat, Kitabevim.az, RR şirkətlər qrupu, İnci şirkətlər qrupu, SinKOD MMC,  HORECA MMC, Simit  Sarayı, "B2B group" MMC, Biləv İnşaat, Tetrada MMC, Star Sports trikotaj, SHOKET Soyutma sistemleri, GLOCAL MMC, RERAPIER MMC, Xan Nəşriyyatı, V.S Qrup MMC, Azsertservic MMC, İzakov şirkəti.

Hərəkata əlavə olaraq Türkiyə və Rusiyadan bir sıra iş adamları qoşulub, xeyli sayda bayraq hədiyyə ediblər.

Qələbəyə Dəstək Hərəkatı ilə maraqlanan, qoşulan, təklifi olanlar bu nömrə və votsapla əlaqə saxlaya bilər: (+99455) 224 20 70

Qarabağ Azərbaycandır!

 





05.11.2020    çap et  çap et