525.Az

"Ermənistanın potensialı heç vaxt Azərbaycanın imkanlarına çata bilməz"


 

"Ermənistanın potensialı heç vaxt Azərbaycanın imkanlarına çata bilməz"<b style="color:red"></b>

"FREEDOM HOUSE" ERMƏNİ İDEALLARINA MÜTİLİKLƏ XİDMƏT EDƏN BEYNƏLXALQ TƏŞKİLATLARDAN BİRİDİR"

Dünən Trend Xəbərlər Şirkətinin Mətbuat Mərkəzində Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu yanvar ayı üzrə beynəlxalq regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş analitik materialın təqdimatını keçirib.

Politoloq bildirib ki, cəbhədəki hərbi gərginlik ATƏT-in Minsk qrupunun həmsədrlərinin kifayət qədər qüsurlu fəaliyyətini aşkara çıxarıb. Onun sözlərinə görə, hərbi insidentlərin istənilən səviyyəsində vasitəçilər yalnız eyni məzmunlu fikir bildirir. M.Əhmədoğlu bununla yanaşı hərbi gərginliyin əsas səbəbinin araşdırılması istiqamətində heç bir görülmədiyini deyib: "Minsk Qrupu həmsədrlərinin sırasında ATƏT-in hərbi mütəxəssislərindən olsaydı, bu, bəlkə həmsədrlərin fəaliyyətinin məzmununa təsir edə bilərdi. Diplomatik danışıqların 2 onillikdən çox nəticəsiz qalması Ermənistan hərbçilərinin bu müddət ərzində Azərbaycan ərazilərində kök salmaları hərbi xarakterli məsələlərin mahiyyətinə diqqət verməyi ön plana çıxarır. Əsas problemlərdən biri Azərbaycanla Ermənistan arasında hərbi gücün potensialı arasında fərqin böyüməsidir. Fikrimcə, bu meyil davam edəcək, Ermənistan bu digər parametrlər üzrə bundan sonra da Azərbaycandan geri qalacaq. Ermənistanın potensialı heç vaxt Azərbaycanın imkanlarına çata bilməz. Bu nöqteyi-nəzərdən Ermənistanda belə hesab edirlər ki, Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyat aparmaq şansı məhz indidir gələcəkdə bu şans olmayacaq. Rusiyanın Soçi olimpiadasına görə təhlükəsizlik məsələlərinə hiperreaksiyasını nəzərə alan Ermənistan hərbi vəziyyəti gərginləşdirməklə Rusiya-Azərbaycan qarşıdurması yaratmağa cəhd edir. Həmçinin Ermənistan hərbi xarakterli insidentlər təşkil etməklə birbaşa danışıqlar prosesinin təşkilinə ya gündəliyinə təsir edir. Öz serjantlarını öldürməklə rəsmi Yerevan faktiki olaraq permanent etiraza başlamış müxalifəti iflic vəziyyətinə saldı. Ailənin tək oğlu, üç bacının bir qardaşı, ali təhsilli, qonşuların rəğbətini qazanmış erməni çavuşun ölümü az qala dünya ermənilərində reaksiya yaratdı. Lakin rəsmi Yerevan ölən serjant dəfn olunmamış onun ölümündən danışıqlar prosesində maneə kimi istifadə etməyin yolunu axtardı. Dağlıq Qarabağın "xarici işlər naziri" Karen Mirzoyan qısa müddət ərzində Ermənistan Xarici İşlər Nazirliyinə çağırıldı. Eyni zamanda Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı xarici işlər nazirlərinin görüşünü pozmaq cəhdində ittiham etdi. Az sonra Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Tiqran Balayan xarici işlər nazirlərinin Parisdəki görüşünün baş tutmasının hələ bəlli olmadığını bildirdi. O vaxtadək rəsmi Yerevan XİN rəhbərlərinin Paris görüşünə razılığını təsdiqləmişdi. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan danışıqdan imtina edə bilmədi. Amma həmin hərbi insidenti görüşün gündəliyində əsas müzakirə mövzusuna çevirə bildi.

Beləliklə həmsədrlərin nəzərdə tutduğu mövzu kənarda qaldı. Nalbandyanın ağlaşması aktual oldu. Minsk Qrupu həmsədrliyi institutu sıradan çıxır. 3 həmsədr dövlətlə Qarabağ siyasətimizi diferensiallaşdırmalıyıq. Qonşularımızdan isə Dağlıq Qarabağ məsələsində konkretlik tələb etməyin vaxtı çatıb".

M.Əhmədoğlu bildirib ki, Rusiya Ermənistanın Gömrük İttifaqına üzv olması ilə bağlı prosesləri sürətləndirməsindən vəcdə gəlib. Bunun erməni hiyləsi olduğunu deyən politoloq söyləyib ki, ermənilər özlərindən güclü dövlət onları işğal etmək üçün ordu göndərdikdə həmin ordunu duz-çörəklə qarşılayıblar: "Bir müddət sonra bu ordunun dövlətin arxasında şayiələr yayıblar. Gömrük İttifaqına üzvlüyü sürətləndirməkdə Ermənistanın bir məqsədi bəlli oldu. Bu, Vorotan SES-i ABŞ-a satmaqdır. Ermənistan Rusiyaya doğru sürətlə addımlaya-addımlaya həm anti-Rusiya addımı reallaşdırdı. Ermənistanın Gömrük İttifaqına doğru addımlarının sürətlənməsində ən əsas məqsədi Dağlıq Qarabağ tənzimlənməsindən diqqəti yayındırmaqdır. Ermənistan əgər həqiqətən Rusiyaya bağlanmaq istəyirsə indiki halda o, Mehri dəmiryolunun fəaliyyətinə imkan yaratmalıdır".

M.Əhmədoğlu qeyd edib ki, Mehri dəmiryolunun fəaliyyətə başlaması isə yalnız Ermənistandan asılıdır. Ermənistanın heç kimdən asılı olmadan Azərbaycanın işğal olunmuş rayonlarını boşalda biləcəyini diqqətə çatdıran politoloq bunun isə Dağlıq Qarabağ tənzimlənməsinin praktiki başlanğıcı olduğunu söyləyib: "Ermənistanla Rusiya arasında digər dəmiryolu Gürcüstan vasitəsilə qurula bilər. Gürcüstan dəmiryolunun fəaliyyətə başlaması isə Gürcüstan, Abxaziya, Rusiya İrandan asılıdır. Eləcə Abxaziyanın davranışları Rusiya-Türkiyə münasibətlərini gərginləşdirəcək. Gürcüstan yolu açmaq üçün Abxaziyanın qarşısında Gürcüstanın tərkibinə qayıtmaq şərti qoyur. Abxaziya isə Gürcüstandan yerinəyetirilməz şərt tələb edir: Abxaziyanın müstəqilliyini tanımaq. Reallaşması siyasi baxımdan mümkün olmayan gürcü-abxaz dəmiryolunun bərpasının iqtisadi tərəfləri mübahisəlidir. Abxaziya indi Rusiya bazarında sitrus digər məhsullarla bağlı monopoliya yaradıb. Ermənistan Gürcüstanın Rusiya ilə dəmiryolu əlaqəsi abxaz məhsullarına rəqabət yaradacaq. Abxaziya özü öz məhsullarına Rusiya bazarında rəqabətin yaradılmasında iştirak edə bilməz. Gürcü-abxaz dəmiryolunun iqtisadi rentabelliyi həm İranla birbaşa əlaqəlidir. İranla Ermənistan arasında dəmiryolu əlaqəsi qurulduqdan sonra bu dəmiryolundakı yük dövriyyəsinin İrandan Ermənistana qədər ya İrandan Rusiyaya qədər olacaq miqdarları heç kimə bəlli deyil. Bu, hədsiz çox mübahisəli məsələdir".

Politoloq vurğulayıb ki, Rusiya ilə İran arasında elə böyük mal dövriyyəsi yoxdur. Onun sözlərinə görə, Rusiya ilə İran arasında alternativ kommunikasiyalar var: "Rusiyanın ərəb sahillərinə çıxması üçün işlək alternativlər var. Ermənistanın metallurgiya sahəsi inkişaf edəcəksə, İran-Ermənistan dəmiryolu Ermənistandan Rusiyayadək olan dəmiryolunun yük dövriyyəsini azaldacaqdır. Eləcə gürcü-abxaz dəmiryolunun açılmasının Abxaziya üçün hərbi-siyasi təsiri nəzərə alınmalıdır. Abxazların fikrincə, Gürcüstandan Abxaziyaya gələn qatarlar zamansa gürcü hərbçilərini daşıyacaq".

M.Əhmədoğlu qeyd edib ki, gürcü-abxaz dəmiryolunun ya Ermənistanın Gürcüstan ərazisi ilə Rusiya üçün dəmiryolunun əlaqəsi üçün 10-a yaxın iqtisadi, hərbi-siyasi, geosiyasi texniki problem həllini tapmalıdır: "Ən azı 4 dövlətin 1 tərəfin razılığı əldə olunmalıdır. Mehri dəmiryolunun fəaliyyətə başlaması üçün isə Ermənistanın beynəlxalq hüquqa zidd ambisiyasından geri çəkilməsi lazımdır".

M.Əhmədoğlu bildirib ki, "Freedom House" Ermənistan Dağlıq Qarabağı yenidən "qismən azad" elan etdi: "Eyni zamanda Rusiyanı Ermənistanı qorxutmaqda ittiham etdi. Dövlət müstəqilliyini qoruya bilməyən Ermənistanın mətbuatın siyasi partiyaların müstəqilliyini qoruması nonsensdir. Rusiya Ermənistanın suverenliyinə təsir edə biləcək gücdədirsə, o həm Ermənistanda mətbuatın siyasi partiyaların azadlığına da təsir edə bilər. "Freedom House" erməni ideallarına mütiliklə xidmət edən beynəlxalq təşkilatlardan biridir. Ona görə belə ziddiyyətli mövqe onun üçün qəbahət deyil. "Freedom House"dakı ermənilərin Avropadakı digər ermənilərin fikirlərindən xəbərdar olması onun özünə faydalıdır. Avropa Ermənistana öz müstəqilliyini xilas etməkdə kömək etməlidir. Bu fikirlərin müəllifi milliyətcə erməni olan Fransa vətəndaşı K.Minasyandır. Söhbət Dağlıq Qarabağın deyil, Ermənistanın taleyindən gedir".

Politoloq qeyd edib ki, uzun müddət ermənilərlə əməkdaşlıq etmiş çexiyalı ekspert, xanım Erika Lerner Azərbaycanın regiondakı mövqeyi ilə bağlı qat-qat üstün Azərbaycanpərəst mövqeyi ortalığa qoydu: "Lerner ermənilərin Azərbaycanda neft bumunun qurtaracağına ümid etmələrini əsassız adlandırdı. Azərbaycanın Avropa ilə münasibətlərdə xüsusi status tələb etməsinin əsaslı olduğunu bildirdi. Ermənistanın daxilində Azərbaycanın rolunun güclənməsini etiraf edənlərin sayı artır. Ermənistanın Davos forumunda iştirak etməməsini Azərbaycanın iştirakı ilə müqayisə etdilər. Eləcə Azərbaycanın hər il bir neçə strateji müqavilə imzaladığını bildirdilər".

AQİL

 





07.02.2014    çap et  çap et