525.Az

Botanika İnstitutunda “Əsgərə Məktub” aksiyası


 

Botanika İnstitutunda “Əsgərə Məktub” aksiyası <b style="color:red"></b>

AMEA Botanika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Əsgərə Məktub” aksiyası keçirilib.

525.az xəbər verir ki, institutun gənc mütəxəssisləri Mirzəyeva Şəhla, Nigar Mürsəlqızı, Asya Əkbərova, Aydan Zeynalova, Ülkər Hüseynova, Məhsəti Qurbanova, Gövhər Süleymanzadə böyük ruh yüksəkliyilə yazıb əsgərlərə ünvanladığı məktublarında Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın azadlığı uğrunda apardıqları döyüşlərdən fəxrlə bəhs ediblər.

Məktublarda ərazi bütövlüyümüzün bərpasına sonsuz inam və düşmənə qarşı göstərdikləri rəşadətli əməliyyatlara görə əsgərlərə minnətdarlıq ifadə olunub.

Məktublar “Qarabağ Azərbaycandır” devizi ilə yazılıb.

 





05.11.2020    çap et  çap et