525.Az

BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək


 

BMT Baş Assambleyasının COVID-19-la bağlı Xüsusi Sessiyası keçiriləcək<b style="color:red"></b>

 “BMT-nin Baş Assambleyası Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi təşəbbüs göstərdiyi COVID-19 ilə əlaqədar BMT Baş Assambleyasının 31-ci Xüsusi Sessiyasının keçirilməsi qaydası haqqında qərar qəbul edib”.

525.az-ın məlumatına görə, bu barədə BMT Baş Assambleyasının Azərbaycan Nümayəndəliyinin rəsmi tvitter səhifəsində qeyd edilib.

BMT Baş Assambleyasının Prezidenti Volkan Bozkır isə tvitter hesabında qeyd edib ki, COVID-19 üzrə Xüsusi Sessiyasının detalları barədə qərar üzv ölkələrin böyük dəstəyi ilə bu gün Baş Assambleyada qəbul edilib: “COVID-19-un dövlət, hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası 3-4 dekabr 2020-ci il tarixlərində Prezidentliyimdə keçiriləcəkdir”.

 





05.11.2020    çap et  çap et