525.Az

"Zəfərlərin mübarək! Azərbaycan əsgəri" təqdim olunub


 

"Zəfərlərin mübarək! Azərbaycan əsgəri" təqdim olunub<b style="color:red"></b>

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ordu quruculuğumuz haqqında dolğun məlumatları oxuculara çatdırmaq məqsədilə "Zəfərlərin mübarək! Azərbaycan əsgəri" adlı elektron məlumat bazası hazırlayıb.

Kitabxanadan 525.az-a bildirilib ki, elektron məlumat bazası "Azərbaycan Respublikasının dövlət rəmzləri", "Rəsmi sənədlər", "Görkəmli şəxsiyyətlər Azərbaycan Ordusu haqqında", "Zəfərlərimiz", "Erməni terroru", "Nəşrlər", "Videoqalereya və Azərbaycan əsgəri" bölmələrindən ibarətdir.

Elektron məlumat bazasında Azərbaycanın ordu quruculuğundan, Ulu öndər Heydər Əliyevin bu sahədə olan xidmətlərindən, Milli qəhrəmanlarımızdan bəhs edən kitablar, dövri mətbuat materialları, vətənpərvərlik mövzusunda olan musiqilər və erməni cəlladlarının ölkəmizin müxtəlif bölgələrində törətdikləri terror hadisələri nümayiş olunur. Elektron məlumat bazasında nümayiş olunan materiallar tam mətnləri ilə verilib.

Azərbaycan əsgəri qarşıya qoyulan tapşırıqların öhdəsindən gəlmək qüdrətindədir və istənilən an qalib gələcək!

 





05.11.2020    çap et  çap et