525.Az

Düşmən Tərtərin kəndlərini atəşə tutur


 

Düşmən Tərtərin kəndlərini atəşə tutur<b style="color:red"></b> Noyabrın 6-sı saat 08:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər şəhərini, rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutur.

525.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülür.

Gecə ərzində Goranboy rayonunun Tapqaraqoyunlu kəndi də düşmən tərəfindən artilleriya atəşinə tutulub.
 





06.11.2020    çap et  çap et