525.Az

Yüzdən çox kubalı tibb işçisi Azərbaycana yola düşüb


 

Yüzdən çox kubalı tibb işçisi Azərbaycana yola düşüb<b style="color:red"></b>

Yeni növ koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə dəstək üçün 118 kubalı tibb işçisi Azərbaycana yola düşüb.

525.az “Prensa Latina” informasiya agentliyinə istinadən verdiyi xəbərə görə, onlardan 48-i həkim-mütəxəssis, 70-i isə tibb bacısı və qardaşıdır.

Tibb işçiləri Azərbaycanda koronaviruslu xəstələrin müalicəsində Kubanın təcrübəsini bölüşəcəklər.

Qeyd edək ki, bundan əvvəl Kubadan olan bir qrup tibb işçisi COVID-19-la mübarizədə dəstək üçün Azərbaycanda olub.

 

 





06.11.2020    çap et  çap et