525.Az

“Prezidentin xarici mediaya verdiyi müsahibələr ermənilərə ən böyük zərbədir”


 

“Prezidentin xarici mediaya verdiyi müsahibələr ermənilərə ən böyük zərbədir”<b style="color:red"></b>

“Erməni şovinistləri öz havadarları ilə birlikdə bir əsrdən çoxdur ki, xalqımıza qarşı apardığı informasiya müharibəsində də sarsıdıcı zərbələr alır”.

525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, Azərbaycanın haqq işi uğrunda mübarizə apardığını söyləyən möhtərəm prezidentimiz hər kəsə nümunə göstərir:

“Prezident İlham Əliyevin xarici mediaya verdiyi müsahibələr informasiya savaşında ermənilərə ən böyük zərbədir. Mən əminəm ki, Azərbaycan Ordusunun zəfər yürüşünün başa çatacağı gün uzaqda deyil. Tezliklə Azərbaycan bayrağı Qarabağın incisi olan Şuşada, Laçında, Xankəndidə dalğalanacaq. Prezidentin də dediyi kimi biz haqq mübarizəsindəyik və zəfər çalacağıq. Qarabağ Azərbaycandır”.

 





06.11.2020    çap et  çap et