525.Az

"Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur"


 

"Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur"<b style="color:red"></b>

"Şuşadakı Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur".

525.az APA-ya istinadən xəbər verir ki, bunu Əməkdar artist, Kilsənin bərpa layihəsinin müəllifi Fəxrəddin Miralayev bu gün keçirilən brifinqdə bildirib.

Qazançılar Kilsənin 1980-ci illərdəki bərpa layihəsinin müəllifi olan Fəxrəddin Miralaleyev deyib ki, bu kilsə Şuşanın kənar hissəsində yerləşir:

"Bu kilsənin bərpası zamanı Qazançılar kilsəsinin altında Zərdüştlüyə aid abidə aşkarlanıb. Kilsəni 1868-ci ildə onun üstündə tikiblər. Qazançılar kilsəsi erməni bədii dilində yox, rus bədii dilində tikilib".

F.Miralayevin sözlərinə görə, kilsənin uzun pəncərələri var ki, bu da rus kilsələrində olur:
 
"Erməni kilsələrinin pəncərələri balaca olur. Qazançılar kilsəsinin erməni mədəniyyətinə heç bir dəxli yoxdur".

Kilsənin bərpa layihəsinin müəllifi onu da əlavə edib ki, provaslav ilə qriqoryanlıq arasında böyük fərq var:

"Erməni kilsələri deyilən kilsələrin çoxu bizim mədəniyyətimizə aiddir, qıpçaq mədəniyyətinə xasdır".

 





06.11.2020    çap et  çap et