525.Az

"Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır" - Baş Nazir


 

"Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır" - <b style="color:red">Baş Nazir </b>

“Azərbaycan MDB ölkələri ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır”.

525.az APA-nın Moskva müxbirinə istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov bu gün MDB ölkələri hökumət başçılarının videokonfrans formatında keçirilən iclasında çıxışı zamanı deyib.

O, Azərbaycanın MDB ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirib:

“Lakin qeyd etmək lazımdır ki, MDB çərçivəsində çoxtərəfli formatda əməkdaşlıq Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nizamlanmadan mümkün deyil”.

Baş nazir sentyabrın 27-də başlayan hərbi əməliyyatlar barədə iclas iştirakçılarını məlumatlandırıb. Ə. Əsədov Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə ballistik raket zərbələri endirməsi nəticəsində Azərbaycanın dinc sakinlərinin həlak olduğunu qeyd edib.

“MDB ölkələrini Ermənistanın Azərbaycanın dinc vətəndaşlarına qarşı keçirdiyi hərbi fəaliyyəti qınamağa çağırıram”, - deyə Baş nazir vurğulayıb.

 





06.11.2020    çap et  çap et