525.Az

Azərbaycanın Bolqarıstandakı səfirliyi təhrif olunmuş məlumatlara cavab verib


 

Azərbaycanın Bolqarıstandakı səfirliyi təhrif olunmuş məlumatlara cavab verib<b style="color:red"></b>

Bolqarıstanda çap olunan “168 chasa” qəzeti və eyni adlı xəbər portalında Sumqayıt hadisələri ilə bağlı təhrif olunmuş məlumatlar dərc edilib.
 
525.az xəbər verir ki, buna cavab olaraq Azərbaycanın Bolqarıstandakı səfirliyinin qəzetin 30 oktyabr 2020-ci il tarixinə olan buraxılışında məqalə çap olunub.

Məqalədə 1988-ci il fevralın 28-də baş vermiş bu hadisələr SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin erməni millətçiləri ilə birgə Azərbaycana qarşı təşkil etdiyi və həyata keçirdiyi təxribatların növbəti tərkib hissəsi olduğu vurğulanıb, bunun məqsədinin isə hər zaman olduğu kimi, dünya ictimaiyyətində yanlış rəy formalaşdırmaq, anti-Azərbaycan əhval-ruhiyyəsi yaratmaq və Ermənilərin Azərbaycana qarşı olan ərazi iddiaları üçün zəmin hazırlanması olmasıqeyd olunub.

Bütün şahid ifadələri Sumqayıt hadisələrinin təşkilatçısının erməni, iki dəfə məhkum edilən Eduard Qriqoryan olduğu sübut olunub, E.Qriqoryanın Sumqayıt hadisələri zamanı beş ermənini şəxsən öldürməsi faktlarla göstərilib. Sumqayıtda etnik zəmində törədilən iğtişaşın həmin dövrdə bu sıradan olan məqsədyönlü təxribatların kulminasiyası olması bildirilib. Məqalədə ermənilərin ölkəmizə qarşı olan ərazi iddiaları və o zaman mövcud olan geo-siyasi vəziyyət haqqında ətraflı məlumat verilib.

Mqalənin tam mətni ilə növbəti internet keçidi vasitəsilə tanış olmaq mümkündür:

https://www.168chasa.bg/article/9167016


 

 





06.11.2020    çap et  çap et