525.Az

Saxta İlon Mask hesabı ilə onlarla insan aldadıldı


 

Saxta İlon Mask hesabı ilə onlarla insan aldadıldı<b style="color:red"></b>

Bir qrup kiber fırıldaqçı “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Maskın adından istifadə edərək insanların kriptovalyutalarını oğurlayıblar.

525.az xarici mətbuata istinadən xəbər verir ki, həmin qrup “Twitter”in mikro bloq saytında İlon Mask adına hesab açaraq insanlardan bitkoin toplayıb. Belə ki, onlar saytda ən tez qeydiyyatdan keçən istifadəçilərə daha çox kripto pul verəcəklərini elan ediblər. Nəticədə linkə daxil olan şəxslərin veb sayt bağlantısı ilə pulları mənimsənilib.

Qeyd edək ki, “Twitter” hesabı qısa müddətdə dəyişdirilib və həmin sayt bağlanıb. İnsanlara dəyən zərərin ümumilikdə 2 milyon dollar olduğu bildirilib.

 

 





06.11.2020    çap et  çap et