525.Az

2 şəhər və 8 rayonda fəaliyyət göstərəcək sahələr açıqlanıb - Siyahı


 

2 şəhər və 8 rayonda fəaliyyət göstərəcək sahələr açıqlanıb - <b style="color:red">Siyahı </b>

Xüsusi karantin rejimi çərçivəsində Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində fəaliyyət göstrəəcək sahələr müəyyənləşib.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 525.az-a bildirilib ki, hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti,  digər dövlət orqanlarının (qurumlarının) fəaliyyəti (Nazirlər Kabineti tərəfindən müəyyən edilən say həddi çərçivəsində), səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti, dezinfeksiya xidmətləri, kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə və telekommunikasiya, məişət tullantıları), yük daşımaları və logistika xidmətləri, fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan satışı müəssisələrinin fəaliyyəti, kənd təsərrüfatı, meliorasiya və su təsərrüfatı fəaliyyəti, apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti, kütləvi informasiya vasitələrinin fəaliyyəti, maliyyə təşkilatlarının (bank, sığorta və s.) fəaliyyəti, mühafizə xidmətləri dfəaliyyət göstərəcək.

 

 





06.11.2020    çap et  çap et