525.Az

Ermənilərin təxribatları ilə bağlı 51 cinayət işi başlandı


 

Ermənilərin təxribatları ilə bağlı 51 cinayət işi başlandı<b style="color:red"></b>

Ermənistan silahlı birləşmələrinin yaşayış məntəqələrimizi atəşə tutması, dinc mülki əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, eləcə də digər cinayətlərlə əlaqədar 51 cinayət işi başlanıb.

525.az xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən kollegiya iclasında qeyd olunub.

Bildirilib ki, ermənilərin beynəlxalq hüquqla qəbul edilmiş normaları kobudcasına pozaraq münaqişə zonasından kənarda yerləşən yaşayış məntəqələrimizi atəşə tutması, dinc mülki əhaliyə qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə, eləcə də digər cinayətlərlə əlaqədar başlanmış 51 cinayət işi üzrə təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün mümkün olan zəruri tədbirlərin görülməsinin, aidiyyəti qurumlarla birlikdə bütün hüquqi mexanizmlərdən istifadə edilməklə beynəlxalq təşkilatlara müraciətlər olunmasının vacibliyi qeyd edilib.

 





06.11.2020    çap et  çap et