525.Az

“Erməni diasporu qeyri-kommersiya adı altında orduya vəsait toplayır”


 

“Erməni diasporu qeyri-kommersiya adı altında orduya vəsait toplayır”<b style="color:red"></b>

“Erməni diasporu qeyri-kommersiya və xeyriyyə qurumları adı altında silahlı qüvvələrinə vəsait toplayır”.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

Onun sözlərinə görə, vəsait “Sərhədlər bizik - hər şey “Arsax” üçün” şüarı altında toplanır.

““Ermənistan Fondu”, AGBU, “Ontarionun erməni Kanada Tibb Birliyi”, “Erməni Kömək Fondu”, “Tufenkian” vəqfi, “Erməni Kömək Dərnəyi” bu prosesdə iştirak edir”, - deyə H. Hacıyev vurğulayıb.

 





06.11.2020    çap et  çap et