525.Az

Hikmət Hacıyevdən beynəlxalq təşkilatlara erməni vandalizmi çağırışı - Video


 

Hikmət Hacıyevdən beynəlxalq təşkilatlara erməni vandalizmi çağırışı -  <b style="color:red">Video</b>

Azərbaycanın Qubadlı rayonundakı Mamar məscidinə yaxın XVIII əsrə aid tarixi abidə Ermənistanın işğalı dövründə tövləyə çevrilib.

525.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Biz UNESCO, İSESCO və İslam Əməkdaşlıq Təşkilatını (İƏT) addımlar atmağa və bu cür barbar hərəkətləri qınamağa çağırırıq”, - deyə H. Hacıyev vurğulayıb.




 





06.11.2020    çap et  çap et