525.Az

Tatarıstanın Xalq şairindən Azərbaycana önəmli dəstək


 

Tatarıstanın Xalq şairindən Azərbaycana önəmli dəstək<b style="color:red"></b>

Tatarıstanın Xalq şairi Razil Vəliyev Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayan yeni xilaskarlıq hərəkatı ilə bağlı ürək sözlərini azərbaycanlı dostları ilə bölüşüb.
 
525.azın xəbərinə görə, xalq yazıçısı bildirib:

“Son aylarda Qarabağdakı qanlı hadisələri narahatlıqla izləyirik. Azərbaycanlılar bizim qardaşlarımızdı, bizi damarlarımızdan axan qan birləşdirir. Biz Sizin uğurlarınıza və qələbələrinizə sevinirik. Siz kədərlənəndə Sizinlə birgə qayğılanırıq. Azərbaycan bu gün özünün suverenliyi, Vətənin bölünməz torpaqları uğrunda ədalətli mübarizə aparır. Ədalət qalib gəlməlidir! Biz bütöv Vətən üçün həlak olan qəhrəmanların ruhu qarşısında baş əyir və onların yaxınlarına, dostlarına başsağlığı veririk”.

 





06.11.2020    çap et  çap et