525.Az

“Həsən Seyidbəyli – 100” elektron məlumat bazası təqdim edildi


 

“Həsən Seyidbəyli – 100” elektron məlumat bazası təqdim edildi<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidentinin “Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamına və Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası “Həsən Seyidbəyli – 100” adlı elektron məlumat bazası hazırlayıb.

Kitabxanadan 525.az-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənəd”, “Nasir”, “Ssenarist və kinorejissor”, “Görkəmli şəxslər Həsən Seyidbəyli haqqında”, “Əsərləri”, “Haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya və Videoqalereya” bölmələrindən ibarətdir.

Həsən Seyidbəyli ssenari müəllifi olduğu və rejissor kimi quruluş verdiyi yüksək bədii keyfiyyətə malik, eləcə də ifadə vasitələrinin rəngarəngliyi və süjet xəttinin dolğunluğu baxımından seçilən filmlərlə Azərbaycanın kino sənəti salnaməsinə parlaq səhifələr yazıb.

Həsən Seyidbəyli yaradıcılığı sevilərək minlərlə insanların diqqətini cəlb etmişdir.

Elektron məlumat bazasında görkəmli kinodramaturqun həyat və yaradıcılığı haqqında materiallar, çəkdiyi filmlər, fotolar, videolar, müəllifi olduğu eləcə də, haqqında yazılan kitab və məqalələr təqdim olunub.

Elektron məlumat bazasındakı resurslar tam mətnləri ilə verilib.

 





06.11.2020    çap et  çap et