525.Az

ICESCO mədəni iqtisadiyyatın inkişafına dair təkliflər irəli sürüb


 

ICESCO mədəni iqtisadiyyatın inkişafına dair təkliflər irəli sürüb<b style="color:red"></b>

G-20 ölkələri liderlərinin noyabrın 22-də keçiriləcək və mədəni iqtisadiyyat məsələlərinin də müzakirə olunacaq sammiti ərəfəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim Əl Malik dörd maddədən ibarət təkliflər planının həyata keçirilməsi təşəbbüsü ilə çıxış edib.
 
525.az xəbər verir ki, baş direktor ÜDM-nin 3 faizini təşkil edən və 30 milyon insanın çalışdığı mədəni iqtisadiyyat sahəsinin də COVID-19 pandemiyası nəticəsində ciddi zərərə uğradığını diqqətə çatdırıb.
 
G-20 sammitinə hazırlıq çərçivəsində təşkil olunan virtual iclasda çıxış edən Salim Əl Malik bildirib ki, gələn il ICESCO tərəfindən Beynəlxalq İncəsənət Mərkəzinin yaradılması layihəsinə start veriləcək.

Təşkilatın təkliflər planına aşağıdakı maddələr daxildir; mədəniyyət sahəsində rəqəmsal sektorun təsisi, audio-visual və interaktiv media sahəsində islahatlar aparılması, maddi və qeyri-maddi mədəni irs nümunələrinin mədəni turizmdə daha geniş istifadəsi, istedadlı yeniyetmələr və gənclərin yaradıcılığını dəstəkləyəcək fondların yaradılması üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi.

 





06.11.2020    çap et  çap et