525.Az

İbrahim Yusifoğlunun “Seçilmiş əsərlərinin” dördüncü cildi işıq üzü görüb


 

İbrahim Yusifoğlunun “Seçilmiş əsərlərinin” dördüncü cildi işıq üzü görüb<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin əməkdaşı İbrahim Yusifoğlunun “Seçilmiş əsərlərinin” dördüncü cildi çap olunub.

525.az xəbər verir ki, beş cildliyin dördüncü cildində müəllifin povestləri, hekayələri, əfsanələri toplanmışdır.

Kitabın naşiri Qəşəm İsabəyli, redaktoru Əməkdar jurnalist Elman Telmanoğludur. Cildin komputer tərtibatı Fidan Salmanovaya məxsusdur. “Sənin xoşbəxtliyin səadətimdir” adlı ön sözün müəllifi jurnalist Sara Əzimovadır.

Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan müəllifin 364 səhifəlik kitabı “Şirvanşnəşr” nəşriyyatında işıq üzü görüb. Prezident təqaüdçüsü olan İbrahim Yusifoğlunun indiyədək 28 adda şeirlər, poemalar və nəsr əsərləri çap edilib.

Bu kitabda isə “Yaşaran gözlər”, “Göylərdən ələnən göz yaşlarıydı” povestləri, “Mənim inamımı güllələdilər” poeması və bir neçə hekayəsi yer almışdır.


 

 





06.11.2020    çap et  çap et